Səhiyyə Nazirliyi Azərbaycan Təbabəti Muzeyində 27 sentyabr 2023-cu il tarixində “ 27 sentyabr –Anım Günü”nə həsr olunmuş tədbir kecirilib. Muzeyin kollektivi Vətən müharibəsində böyük fədakarlıq göstərmiş, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini saat 12:00-da bir dəqiqəlik sükutla yad etdi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Sevinc Maniyeva açdı. Sonra muzeyin işçiləri və qonaqlarına 44 günlük Vətən Müharibəsindən ATU –ni, Tibb kolleclərini bitirən həkim və tibb heyətinin bu müharibədə göstərdiyi sücaət və igidliklərindən məlumat verildi. Tədbirin sonunda “Görünməyən qəhrəmanlar- Ağxalatlılar” sənədli film izlənildi.
Vətən Var Olsun!
Şəhidlər Qəhrəmanlarımızdır!
Sənə can qurban, Azərbaycanhttps://president.az/az/articles/view/61284