MUZEY HAQQINDA

Azərbaycan Təbabəti Muzeyi

Azərbaycan Təbabəti Muzeyin tarixi

Azərbaycan Təbabəti Muzeyi 1984 ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 162№ əmrə əsasən yaradılmışdı. Rəsmi açılışı isə 29  yanvar  1986 ildə olmuşdur.

Azərbaycan Təbabəti Muzeyi Azərbaycan  xalqının  mədəni irsinin mühüm hissəsini, qədim dövrlərdən  başlamış bugünkü günə qədər respublikanın tibb və səhiyyənin  inkişaf tarixinin, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini işıqlandırmaq və əks etdirmək məqsədilə təşkil olunmuşdur.

Muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu müalicəxanada görkəmli dövlət xadimi Nəriman Nəcəfqulu oğlu Nərimanov 1914-1917-ci illər arasında Həştərxan sürgünündən sonra həkim kimi fəaliyyət göstərmişdir.  Bunu muzeyin giriş hissəsində qranit baralyef üzərindəki xatirə lövhəsi bir daha təsdiq  edir.

Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. Onun qorunması isə gələcək nəslin onu nə dərəcədə qavraması və qəbul etməsindən asılıdır. Muzey  mədəni irsə münasibəti formalaşdırır, keçmişə maraq və hörmət yaradır.

***

Ekskursiya aparıcısı Zemfira Dadaşovanın sözlərinə görə, muzeyin ekspozisiya zallarında minə yaxın eksponat nümayiş olunur. Muzey ziyarətçilər tərəfindən maraqla qarşılanır. Azərbaycan Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə İnstitutunun həkimləri, orta ixtisas tibb təhsili müəssisələrinin tələbələri, xarici qonaqlar və yerli vətəndaşlar müntəzəm olaraq muzeyi ziyarət edirlər.

Muzeyin direktoru Sevinc Maniyeva bildirir ki, fondda ümumilikdə 13 845 əşya saxlanılır. Onlardan 8162-si əsas, 5683-ü köməkçi fonda aiddir. Fond daim yeni materiallarla zənginləşir. Qədim tibb alətlərinin və materialların toplanması məqsədilə müntəzəm ezamiyyətlər təşkil olunur.

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir