II Dünya müharibəsində qəhrəman həkimlərimiz

Azərbaycan xalqı da İkinci dünya müharibəsində – Böyük Vətən müharibəsində qurbanlar vermişdir. Böyük Vətən rnüharibəsinə Azərbaycandan 600 minə qədər insan cəlb olunmuşdu. Onlardan 300 min Azərbaycan vətəndaşı müharibədə həlak olmuş, geriyə dönməmişdir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalman qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Biz bu gün – Qələbə günü Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən müharibədə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Bu gün biz İkinci dünya müharibəsində həlak olmuş, alman faşizminə qarşı vuruşaraq həlak olmuş insanların hamısının xatirəsini yad edirik. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Çünki bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir qəhrəmanlıq nümunəsidir. Biz bütün həlak olanların xatirəsini həmişə yad etmişik və yad edirik.

Heydər Əliyev (9 may 1998 il)

Cəbhədə göstərdiyi rəşadətə görə on minlərlə azərbaycanlı döyuşçü orden və medallarla təltif olunmuş, 114 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onlardan Həzi Aslanov (iki dəfə Sovet İttifaqı Qəhrəmanı), Qafur Məmmədov, Gəray Əsədov, İsrafil Məmmədov, Məmiş Abdullayev, Ziya Bünyatov, Xəlil Məmmədov, Məmməd Abdullayev, Mehdi Hüseynzadə, Mirzə Cəbiyevin və başqalarının adlarını çəkmək olar.
Onların adı qədirbilən xalqımızın xatirində əbədi yaşayacaqdır.
Müharibə illərində tibb işçilərimiz də böyük qəhrəmanlıqlar göstərmişdir.

M. C. Məmmədov 1920-ci ildə Qax rayonunun Boyarlı kəndində dünyaya göz açmışdır.
1940-cı ilin oktyabrında ordu sıralarına çağırılmış və əsgəri xidmətə sanitar təlimatçısı kimi 1235-çi atıcı polkunda başlamışdı. Bu polkun tərkibində o, müharibə illərində minllərlə kilometr döyüş yolu qət etmişdir. İlk döyüş mükafatını – “İgidliyə görə” medalını 1943-çü ilin oktyabrında almışdır.

Almaniyanın Namaslau şəhəri ətrafında gedən ağır vuruşmalarda əsl qəhrəmanlıq göstərərək 20 nəfərdən artıq döyüşçümüzü yağış kimi tökülən güllə atəşi altında döyüş meydanından çıxarmış və beləliklə yurddaşlarımızın həyatını xilas etmişdir.
M.Məmmədov lazım gələndə öz feldşer çantasını odlu silahla əvəz edir və doyüşlərdə əsl sərrast nişançı kimi vuruşurdu.
1945- çı ıl yanvarın əvvələri idi. Namaslau şəhərinin hər küçəsi, hər evi almanlar tərəfindən əsl istehkama çevrilmişdi. Hər küçə hər tikili uqrunda ölüm- dirim vuruşu gedirdi. Döyüşçülərimiz hitlerçilərin müqavimətini qıraraq irəliləyir, faşistləri keçilməz qalaya döndərilmiş evlərdən qovub təqib edirdilər. lakin qəfildən düşmən böyük qüvvə ilə əks hücuma keçdi. M.Məmmədovun işi bir qədərdə artdı. İndi o, həm yaralı əsgər və zabitlərə ilk tibbi yardım gösdərir, həm də azğınlaşmış düşmənə atəş açırdı. Həmin döyüşdə o, 40 hitlerçini o dünyaya göndərdi.Lakin bu, igid həmyerlimizin son döyüşü oldu. Yaralı cəbhədaşlarını döyüş meydanından çıxararkən düşman gülləsinə tuş oldu. O, əsl cəngavər kimi döyüş meydanında qəhrəmanlıqla həlak oldu.
Alman-faşist işğalçılarına qarşı döyüşlərdə gösdərdiyi misilsiz rəşadətə görə sanitar təlimatcısı baş serjant M Məmmədova CCRİ Ali Soveti Rəyasət heyətinin 1945-ci il 10 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Səməd Adullayev Ağdaş rayonunun Qolqapı kəndində anadan olmuşdur.

Keçmiş 318-cı atıcı divizyası 1942-ci il oktyabırın 31-də  gecə vaxdı Kerç boğazını  keçərək cənubda yerləşən Eltigen rayonuna desant düşdü. Desantçılar arasında Səməd Abdullayev də vardı. Sovet qoşunları gün ərzində düşmənin 20 əks həmləsini dəf etməli oldular. Sanitar S.Abdullayev düşmənin şiddətli atəşi altında yaralıları ön atəş xəttindən çıxarır, ilk tibbi yardım gösdərir və yenidən ön cəbhə xəttinə qayıdırdı.  Gün ərzində o, on dəfələrlə  bu ağır, qorxulu işi görməli olurdu.Güclü və çevik olan Səməd bəzən əlbəyaxa vuruşa girişir və düşməni o dünyaya göndərirdi. Bir döyüşdə Səməd 5 düşmən döyüşcüsünü öldürməyə nail oldu.

SSRİ ALİ Soveti Rəyasət heyətinin 1943-cü il 17 sentyabr tarixli fərmanı ilə döyüşdə gösdərdikləri misilsiz rəşadətə və qəhrəmanlığa görə Sovet İttifaqi Qəhrəmanı adına laiq görülənlər arasında Səməd Həmid oğlu Abdullayevində adı vardı.

İgid döyüşçü Səməd Abdullayev 1944-cü il iyunun 28-də qəhrəmanlıqla həlak olmuşdur.

Hazırda Azərbaycan Təbabəti Muzeyinin V zalında  qəhrəman həkimlərin Məmməd Məmmədovun və Səməd Abdullayevin döyüş yolunu əks etdirən maket diarama nümayiş olunur .

Odessa vilayətinin Nikolayev rayonundakı Strukova kənd məktəbi yurddaşımız Malik Hüseynovun adını daşıyır. Onun məzarı da həmin məktəbin həyətindədir. Görəsən həmyerlimizin müqəddəs xatirəsin ukraynalıların belə əziz tutmasının səbəbi nədir
Əhvalat qırx dördüncü ilin may ayının axırlarında baş vermişdi. Yuxarıda adını çəkdiyimiz kəndi azad edmək üçün gedən şiddətli döyüşlərdə tank korpusunun kamandiri ağır yaralanmışdı. Düşmənin güllə yağışı altında tibb xidməti kapitanı Malik Hüseynov böyük hərbi rəisə lazımi yardım göstərərək onu ölümün pəncəsindən xilas etdi. Lakin həmin döyüşdə həkim M. Hüseynov ağır yaralandı və həlak oldu.
Ukrayna kəndinin sakinləri yerlimizin fədakarlığını heç vaxt unutmurlar. Azərbaycan xalqının şanlı oğlunun adına olan məktəbin müəllimləri və Stryukova kəndinin sakinləri M.Hüseynovun ailə üzvlərinə göndərdikləri məktubda yazırla.
“Kapitan Hüseynovun ailə üzvləri, əziz dostlar! Tarixdə belə müharibə və belə qəhraman olmamışdı. Biz ölkəmizin istiqlaliyyətini və azadlığını ona görə qoruya bildik ki, rus ilə gürcü ukraynalı ilə azərbaycanlı çiyin çiyinə vuruşurdular.
Kapitan Hüseynov adına məktəbimiz bundan sonra dərs ilini ilk dərslərdə kapitan Hüseynov haqqında söhbətlə başlayacaq”.
M.Hüseynovun qəhrəmanlığını Ukraynanın şair və bəstəkarları layiqincə vəsf etmişlər.
Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olan Malik Hüseynov Müharibənin 6-cı günündə səfərbərliyə alınmış və tank korpusuna göndərilmişdi. O, tank birləşməsi tərkibində üç il xidmət etmişdi.
Ailəsi ilə müntəzəm yazışırdı. Ailəsi , doğmaları onun məktublarını qiymətli, əziz yadigar kimi saxlayırlar.
1941-ci ildə yazdığı məktublardan sətirlər:
“Əziz anam! Eşelonumuz hələdə yol gedir . Altıncı gündür. İndi hansısa adsız bir yarımstansiyada dayanmışıq. Tez bir cəbhəyə çatsaydıq! ”
“Mən Ukraynadayam. Gözəl musiqili nəğməli diyardır! Dedikcə gözəl adamları var”
Ön döyüş xətinə gedirik. Bağışla, tələsirəm “
“Tibb – sanitar batalyonuna təyinat almışam çox məsuliyyətli işdir- qırx nəfərdən ibarət kollektivə rəhbərlik etmək ”
Bir döyüşçü özbək dilində M. Hüseynovun anasına yazırdı:
“Əziz ana ! mən ona görə sizə ana deyirəm ki, Maliki çox sevir, onu özümə qardaş sanıram. Çox saq olun ki belə oğul tərbiyyə edib böyütmüsünüz”
M.Hüseynovun respublikamızda xatirəsi əziz tutulur.
Azərbaycan SSR Nazirlər Sovetinin 23. XI. 1961-cı il tarixli 222№-li qərarı ilə Bakının oktyabr rayonundakı 3№-li poliklinikasına qvardiya kapitanı M.Hüseynovun adı verilmişdir .

Azərbaycan xalqının igid oğlu Məmmədəli Qəmbərov da tibb institutunun məzunu idi. Alman faşistləri ölkəmizə qəfildən hücum edib adamlarımızın dinc həyatını  pozanda M.Qəmbərov da müharibənin birinci günü çağırış vərəqini gözləmədən hərbi komisarlığa gəlmiş və cəbhəyə göndərilməsini xahiş etmişdir.
Bundan əvvəl isə, 29 yaşında tibb elmləri namizədi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib bu elmi adı almışdı. 
36 yaşında doktorluq dissertasiyyası hazır idi. Lakin , necə deyərlər , “ Sən saydığını say gör fələk nə sayır” .Bu, müyəssər olmadı. Müharibə neçə-neçə arzunu ürəklərdə qoyduğu kimi, Məmmədəli Qəmbərovun da doktorluq dissertasiyyası müdafiə etmək arzusu arzu olaraq qaldı.
Lakin o, qısa, amma olduqca mənalı həyat yaşadı öz xeyirxah əməlləri və fəaliyyəti ilə yüzlərlə yaralı zabit və əsgərlərin qəlbində özünə abidə ucaltdı, həyatda gərəkli iz qoyub bu dünyadan köçdü.
1942-ci il mayın əvvəllərində M.Qəmbərovun xidmət etdiyi tibb-sanitar batalyonu Azov dənizinin sahilində qərar tutmuş Arabat kəndində idi. İş öz qaydasında gedirdi.Ancaq qəfildən hərşey dəyişdi. Almanlar cəbhənin bir məntəqəsində müdafiəmizi yardılar və irəliləməyə başladılar. Vəziyyət ged -gedə ağırlaşırdı. 
O qədər yaralı gətirdilər ki, həta onları yerləşdirməyə yerdə çatmırdı. Bəzi əməliyyatlar 2-3 saat davam edirdi. Onun yanına ən ağır yaralıları gətirmişdilər.
Mayın 6-da dəhşətli uğultu eşidildi. Bizim mövqeləri bombalamağa gələn alman  təyyarələri göyün üzünü ötmüşdü. Axşama yaxın top atəşidə gücləndi. Mərmillərdən biri lap yaxınlıqda partladı .Cərrahiyyə otağında tavan vəllvələdən uçub töküldü.
Bu zaman komandirin siyasi iş üzrə müavini gəldi və əmr etdi:
Bütün yaralıları xəndəklərə keçirin .Sonra üzünü doktora tutub dedi sizdə daldanacağa gedin. 
Lakin Qəmbərov necə gedə bilərdi dəhlizdə yan -yana uzanan yaralıların kimisi qışqırır ,kimisi zarıyır kimisidə sayıqlayırdı. 
Cərrah nəhayət son əməlliyatını bitirirdiki, başından yaralanmış bir zabit gətirdilər. Sarğının altından qan axırdı. 
Çətinliklədə olsa cərrah qan axmasını saxladı və özüdə yaranı sarıdı.
Dəhşətli partlayış oldu . Mərmi qəlpəsi düz cərrahın ürəyinə sancıldı. 
Tibb xidməti mayoru Məmmədəli Qəmmbərov ertəsi gün Arbat kəndinin yaxınlığında dəfn etdilər. 
Məmmədəli Qəmbərovun cəbhədən doğmalarına göndərdiyi məktublardan sətirlər:
“Sülh vaxtı mən öz  üzərimdə nahaqdan bu qədər çox işləməmişəm .İndi mənim təcrübəm və biliyim çox karıma gəlir.Bəzən çətinliyədə düşür gündə cəmi 2-3 saat yatıram, yaralılar gətirəndə gecə bir neçə dəfə çağırırlar.”Amma bu mənim iş qabiliyyətimə təsir göstərmir.
“Sən bilirsənki , mən öz işimi nə qədər sevirəm. Mən bütün həyatımı cərrahlığa həsr etmişəm. Mənim üçün operasiya etdiyim adamların sağalıb ayağa qalxdığını gördüyüm anda keçirdiyim sevinc hissindən böyük sərvət yoxdur. Bu yuxusuz gecələrim üçün mənə bəxş edilən mükafatdır.”
  “Uzun zaman mətublarımın  arası kəsilsə, narahat olmayın. Mən həmişə öz yaralılarımla təhlükəsiz yerdə oluram.”
Cəsur cərrah Məmmədəli Qəmbərovun xatirəsini əbədiləşdirmək üçün Bakıdakı 5 nömrəli uşaq poliklinikasına onun adı verilmişdir.

Sevinc Maniyeva
Azərbaycan Təbabəti Muzeyinin direktoru