Azərbaycanda Psixiatriyanın İnkişaf Tarixi
XIX əsrin ikinci yarısında Bakıda sürətlə inkişaf edən neft sənayesi şəhər əhalisinin tibbi yardıma, o cümlədən psixiatriya yardımına tələbatını artırdı.
Psixiatriya tarixini tədqiq edən rus alimi T.İ.Yudinin məlumatına görə Zaqafqaziyada ilk 20 çarpayılıq psixiatriya xəstəxanası 1892-ci ildə Bakıda açılmışdır (baş həkimi Q.Qotseridze). 1911-ci ildə həkim Z.İzrailoviç Bayıl qəsəbəsində 30 çarpayılıq 2- ci psixiatriya xəstəxanası açmışdır.
İlk azərbaycanlı psixiatr İbrahim Rəhim oğlu Rəhimov olmuşdur (1849-1927). O, Qazax qəzasının Dağkəsəmənli kəndində dünyaya göz açmışdır. Tibb təhsilim Moskva Universitetində aldıqdan sonra 1875- ci ildə Avropaya getmiş, Vyana və Yelsk universitetlərində tibb təhsilim davam etdirmişdir. Avropada oxuduğu zaman İ.Rəhimovda sosializm ideyalarına maraq yaranmış və o, hətta K.Marksın “Kapitallını Azərbaycana gətirmək istəmişdir. Sərhəddə yoxlama zamanı kitab aşkar edilmiş və İ.Rəhimov cəzalandırıldığı üçün Azərbaycana qayıda bilməmişdir. O, Xarkov yaxınlığında “Saburova daça” adlanan psixiatriya xəstəxanasında psixiatr işləmişdir.Hazırda Azərbaycan Təbabəti Muzeyinin stend və vitrinlərində görkəmli alim İ.R. Rəhimovun həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.
1870-80-ci illərdə Xarkovda işləyən məşhur alimlər S.N.Davidenkov, A.A.Boqomolets, V.P.Protopopov, V.A.Qilyarovski azərbaycanlı psixiatr İ.Rəhimovun fəaliyyətinə yüksək qiymət vermişlər. İ.Rəhimov “Saburova daça’’da fəal çalışaraq böyük hörmət qazanmış, xəstəxananın müxtəlif şöbələrinin müdiri, ən ağır dövrlərdə isə xəstəxananın baş həkimi vəzifəsini icra etmişdir. O, Rusiya və Ukraynada xronik ruhi xəstələrin əməklə müalicəsinin təşəbbüskarı və təşkilatçılarından biri olmuşdur.
1927-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə Bakı və Tbilisidə psixiatriya ET institutları açılır, lakin Bakıdakı Psixiatriya ETİ-nin qarşısında qoyulan məsələlər həll edilmədiyindən 1929-cu ildə bu institut bağlanır.
1925-27-ci illərdə 2№-Ii psixiatriya xəstəxanasının nəzdində ruhi xəstələrə ambulator yardım göstərən ilk 30 çarpayılıq psixonevroloji dispanser yaradılmışdır (baş həkimi L.P.Nikiforova).
Azərbaycanda psixiatriyanın inkişafı Bakı Dövlət Universitetinin yaranması ilə bağlıdır. Universitet yarandıqdan sonra tibb fakültəsində nevrologiya və psixiatriya kafedralarına prof. S.N.Davidenkov rəhbərlik etmişdir. 1920-1925-ci illərdə o, respublikada “Psixi xəstəliklər və sinir xəstəliklərinin salnaməsi”, “Nevroloji qeydlər” adlı toplular hazırlamışdır. Prof. S.N.Davidenkovun rəhbərliyi ilə respublikamızda nevrologiya sahəsində prof. M.M.Amosov və psixiatriya üzrə prof. A.A.Perelman kimi görkəmli alimlər yetişmişdir.
Prof. S.N.Davidenkov Bakıdan ayrıldıqdan sonra psixonevrologiya kafedrası iki sərbəst kafedraya ayrılır – nevrologiya kafedrasına prof. M.M.Amosov, psixiatriya kafedrasına isə prof. A.A.Perelman rəhbərlik edir. Prof. A.A.Perelman psixiatriya kafedrasına 1925-32-ci illərdə rəhbərlik etmiş, bu dövrdə kafedrada zəngin kitabxana, psixologiya laboratoriyası yaradılmışdır. Elə həmin illərdə prof. A.A.Perelman “Şizofreniya” adlı monoqrafiya nəşr etdirmişdir.
1932-ci ildə prof. A.A.Perelman dövlət təhlükəsizliyi orqanları tərəfindən həbs olunur və Sibirə sürgün edilir. Sonralar o, Tomsk Tibb İnstitutunun psixiatriya kafedrasına rəhbərlik etmişdir.
1932-1935-ci illərdə kafedraya həkim Z.İzrailoviç başçılıq edir.
1935-39-cu illərdə kafedraya tanınmış Moskva psixiatrı prof. P.M.Zinovyev rəhbərlik etmişdir. Bu dövrdə kafedraya ilk azərbaycanlı kadrlar cəlb olunur: dos. F.Ə.İbrahimbəyov, assistentlər Ə.S.Əsgə- rov, S.X.Baratzadə, B.X.Əliyeva, T.Məlikaslanov, N.Ş.Şahmalıyev, A.T.Hüseynov.
F.Ə.İbrahimbəyov və Ə.S.Əsgərov Azərbaycan dilində ilk psixiatriya terminləri toplusu yaratmışlar.
1935-ci ildə Ə.Əsgərov respublika Səhiyyə Nazirliyinin tapşırığı ilə Gəncədə 50 çarpayılıq psixiatriya xəstəxanası təşkil edir və onun ilk rəhbəri olur.
F.Ə.İbrahimbəyov kafedranın dosenti olmaqla bərabər, eyni zamanda kafedranın klinik bazası olan 2№ li Bakı Şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini də icra edirdi.
1939-cu ildə prof. P.M.Zinovyevin Moskvaya qayıtması ilə əlaqədar respublika Səhiyyə Nazirliyinin dəvəti ilə Moskva psixiatriya məktəbinin yaradıcılarından biri, P.B.Qannuşkinin tələbəsi prof. D.S.Ozeretskovski Bakıya gəlir və müsabiqə yolu ilə ATU-nun psixiatriya kafedrasının rəhbəri seçilir.
Prof. D.S.Ozeretskovskinin 18 illik (1941-1959) rəhbərliyi dövründə psixiatriya sahəsində böyük müvəffəqiyyətlər əldə edilmişdir. İlk növbədə Azərbaycanda Alman-Avropa istİQapıətli müasir psixiatriya məktəbi yaranmışdır. Prof. D.S.Ozeretskovskinin Azərbaycan psixiatriyasının inkişafında böyük xidməti ondan ibarətdir ki, o, yüksək səviyyəli elmi- pedaqoji, həkim kadrları yetişdirmişdir.
1939-cu ildə prof. D.S.Ozeretskovskinin təşəbbüsü ilə Maştağa qəsəbəsində 500 çarpayılıq psixiatriya xəstəxanasının tikilişinə başlanmışdır. Bu xəstəxanaya təcrübəli həkim N.Ş.Şahmalıyev başçılıq edirdi. Sonrakı illərdə xəstəxanaya tibb elmləri namizədləri Ə.A. Quliyev və T.Q.Əliyev rəhbərlik etmişlər.
1960-cı ildə prof. D.S.Ozeretskovski İ.P.Pavlov adma Leninqrad Tibb İnstitutunun psixiatriya kafedrasına müdir seçilir. Prof. D.S.Ozeretskovski Leninqradda işləyərkən onun rəhbərliyi altında daha doktorluq (X.N.Həsənov və M.İ.Fel) və bir namizədlik dissertasiyası (S.Sadıqzadə) müdafiə edilmişdir.
Prof. D.S.Ozeretskovskinin məsləhəti ilə onun tələbəsi prof. Ə.Ə.Abbasquliyev 1960-cı ildə ATİ-nin psixiatriya kafedrasına müsabiqə yolu ilə kafedra müdiri seçilir.
O. 1949-cu ildə Bakıda “Şizofreniya xəstəliyinin etiologiyası və patogenezində toksik və infeksiya amillərinin rolu” mövzusunda namizədlik, 1959-cu ildə isə Tbilisidə “Şizofreniya xəstəliyinin əmələ gəlməsində xarici amillərin roluna dair materiallar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tibb elmləri doktoru Ə.Abbasquliyevə 1961-ci ildə professor elmi adı verilmişdir. Ə.Ə.Abbasquliyev psixiatriya sahəsində professor adını almış ilk azərbaycanlıdır.
Kafedranın rəhbəri prof. Ə.Ə.Abbasquliyev eyni zamanda respublikanın baş psixiatrı və Azərbaycan Psixiatrlar Və Nevropatoloqlar Elmi Cəmiyyətinin sədri vəzifələrini icra edirdi. Kafedranın professoru A.H.Sultanov Bakı şəhər baş psixiatrı, kafedranın ikinci professoru M.İ.Fel respublikanın baş uşaq psixonevroloqu, kafedranın professoru N.V.İsmayılov isə respublikanın baş psixoterapevti vəzifələrini icra edirdilər.
1960-80-ci illərdə prof. Ə.Ə.Abbasquliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Gəncə, Naxçıvan, Sumqayıt, Ağdam, Şəki, Mingəçevir, Lənkəran, Qu ba və Əsgəran şəhərlərində rayonlararası ambulator vardım göstərən psixonevroloji dispanserlər açılmışdır.
1970-80-ci illərdə Qazax və Şorsuluda 200 çarpayılıq psixiatriya xəstəxanası, Ağdam şəhərində müasir tələblərə uyğun 500 çarpayılıq respublika psixiatriya xəstəxanası istifadəyə verilir.
1973-cü ildə prof. M.İ.Felin təşəbbüsü ilə Bakıda ixtisaslaşmış uşaq psixonevroloji dispanseri açılır.
Respublikada psixiatriya elminin inkişafı böyük sürətlə davam edirdi. 1960-90-cı illərdə respublikada 3 əhəmiyyətli elmi tədbir keçirilmişdir -nevropatoloq və psixiatrların respublika konfransları (Bakı, Gəncə, Naxçıvan, Ağdam və Sumqayıt şəhərlərində), psixiatrların 1 Zaqafqaziya konfransı, Zaqafqaziya nevropatoloqlarmın I konfransı və s. 1980-ci ildə “psisixi xəstəliklərin patogenezinin tədqiqində immu-
genetik metodlar”, 1983-cü ildə “Müasir psixiatriya və narkologiyamn klinik və nəzəri problemləri” mövzusunda Beynəlxalq simpoziumlar keçirilmişdir. Azərbaycan psixiatrları və nevropatoloqlarının I və II Milli konqressləri 1979 və 1987-ci illərdə keçirilmişdir.
Şizofreniyamn patogenezinin öyrənilməsində immunogenetika və populyasiya genetikası metodlarının tətbiqi ilə əlaqədar prof. Ə.Ə.Abbasquliyev 1976- cı ildə “İnsan biologiyası” Beynəlxalq Elmi Assosiasiyasının Mərkəzi Şurasının üzvü, 1982 ildə isə həmin assosiasiyanın İcra Komitəsinin üzvü seçilmişdir. Bu beynəlxalq elmi assosiasiyanın qərargahı London şəhərində yerləşir. 1976-cı ildən başlayaraq həmin Beynəlxalq assosiasiyanın hər ay nəşr etdiyi elmi bülletenlərində Azərbaycan psixiatriya elmi assosiasiyasına aid materiallar nəşr olunur. Belə ki, 1980-ci ildə Azərbaycanın I Milli Konqresi haqqında ətraflı məlumat verilmişdir.
ATİ-nin psixiatriya kafedrasında şizofreniya xəstəliyinin patogenezinin multidisiplinar tədqiqatı keçmiş Sovet İttifaqında yüksək qiymətləndirilirdi və buna görə də Sovet İttifaqı Nazirlər Kabinetinin Elm Və Texnika Komitəsinin 9 yanvar 1974-cü il 9-li qərarına əsasən N.Nərimanov adma ATİ-nin psixiatriya kafedrası SSRİ TEA-nın Psixiatriya ETİ-si ilə birgə şizofreniya probleminin multidisiplinar tədqiqatı ilə məşğul olan qrupa daxil edilir. SSRİ-də bu qrupa cəmi 5 kollektiv daxil idi.
1960-90-cı illərdə prof. Ə.Abbasquliyevin rəhbərliyi ilə 12 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Dos. A.H.Sultanov 1972-ci ildə “Şizofreniya xəstəliyinin klinikasında seksual pozuntular və onların dinamikası” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Bu dissertasiya ilə əlaqədar kafedrada yeni elmi istiqamətin əsası qoyulmuş və psixiatriya sahəsində seksual pozuntular problemi tədqiq edilməyə başlanmışdır. 1983-cü ildə dos. N.İsmayılov Moskvada “Şizofreniya xəstəliyinin patogenezində immunoloji faktorlar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan psixiatrlarının ilk dəfə konqress və qurultaylarda iştirakı 40-cı illərə təsadüf edir. Belə ki, 1948-ci ildə psixiatr və nevropatoloqlarm III Ümumittifaq Konqresində kafedranın assistenti Ə.Ə.Abbasquliyev ilk dəfə məruzə ilə çıxış etmişdir. Sonrakı illərdə prof. Ə.Abbasquliyev nevropatoloq və psixiatrların IV, V, VI, VII və VIII Ümumittifaq qurultaylarında mə’ruzələrlə çıxış etmiş, qurultaylarının rəyasət heyətinin üzvü, qurultaydan sonra Ümumittifaq Nevropatoloqlar Və Psixiatrlar Elmi Cəmiyyətinin İdarə və Rəyasət Heyətinin üzvü seçilmişdir.
1977-ci ildən başlayaraq Azərbaycan psixiatrları Ümumdünya psixiatrlar konqreslərinin işində iştirak etməyə başlayırlar. 1977-ci ildə prof. Ə.Abbasquliyev SSRİ Psixiatrları Elmi Cəmiyyəti tərəfindən psixiatrların VII Ümumdünya Konqresinin nümayəndələr qrupuna daxil edilmişdir.
Prof. A.Sultanov əhali arasında elmi biliklərin yayılması istiqamətində böyük fəaliyyət göstərdiyi üçün 1996-cı ildə Yusif Məmmədəliyev adma medala və mükafata layiq görülmüşdür. 1997-ci ildə o, Ümumdünya Psixi Sağlamlıq Federasiyasının həqiqi üzvü seçilmişdir.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru prof. Gəray Gəraybəylidir
İldən-ilə Azərbaycanda psixiatriya sahəsində çalışan alimlərin dünyanın proqressiv elmi mərkəzləri və alimləri ilə yaradıcılıq əlaqələri getdikcə güclənir.