Heyder Aliyev 100
Anadan olmasının 100-cu ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət xalqımızın Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açıb. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.
Heydər Əliyev – 100
milli səhiyyəmizin inkişafı
Yubileylər geriyə baxıb tarixi dəyərləndirmək, böyük şəxsiyyətlərin və hadisələrin dünənimizdə rolunu bugünkü rakursdan qiymətləndirmək tədbirləridir. Zaman hər şeyi yerbəyer edir, onun imtahanından alnıaçıq çıxan isə yalnız əsl dühalar olur. Dahi şəxsiyyət, böyük insan, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar kimi qalan, milli iftixarımız Heydər Əliyev kimi.
Azərbaycan Respublikası Prezidentinin canab İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır. Dövlət başçısı tərəfindən aparılan islahatlar çərçivəsində qanunvericilik işinin tənzimlənməsi və bu işin əlaqələndirilərək icra olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, fəaliyyətini ilə yerinə yetirilir.
“Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”,—deyən Prezident İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.