Məmməd Süleymanoğlu

Məmməd Süleymanoğlu - 85

(1939-2021)

Azərbaycan səadəti üçün özünü alova atmaqdan çəkinməyən Məmməd Süleymanoğlu – böyük ürəkli, parlaq zəkalı ictimai xadim, həkim-jurnalist.

Xəlil Rza Ulutürk

Məmməd Süleymanoğlu (Məmmədov) həkim-psixiatr, həm də maraqlı və istedadlı qələm sahibi – jurnalist idi. Azərbaycan Təbabəti Muzeyinin 20 ilə yaxın direktoru olmuş və muzeyin yaradıcılarından biri idi. Bu böyük insanın əksər xüsusiyyətləri: səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına sönməz məhəbbət Məmməd Süleymanoğluna xas cəhətlər idi.

Məmməd Süleymanoğlu Məmmədov 1939-cu ildə Ermənistan Respublikası Noyanbiriyan rayonunda anadan olub. 1969-cu ildə Tibb İnstitutunu, 1974-cü ildə jurnalistika fakültəsini bitirmişdir.

Bu illər ərzində dövri mətbuatda və elmi jurnallarda səhiyyənin təşkili, profilaktik təbabət, tə babət tarixi, mütərəqqi tibb elminin aktual problemləri, görkəmli səhiyyə xadimlərinin həyatı və s. dair 600-dən çox elmi, elmi-kütləvi məqalələri və portret oçerkləri dərc olunmuşdur.

Məmməd Süleymanoğlunun istər çap olunmuş “Qadın zəkası”, (“Gənclik”, 1975), “Ömrünüzü qısaltmayın”, (“Azəməşr”, 1984), “Alkoqolizmin tibbi-sosial aspektləri”, (“Azəməşr”, 1979), “Xeyirxahlığa tələsin”, (“Yazıçı”, 1982), “Təbabətin fəryadı” (“Yazıçı”, 1990), “Alkoqolizm və narkomaniya” (“ASE” nəşriyyat birliyi, 1995) və yüzlərlə elmi-kütləvi məqaləsi bu səpgidəndi.

O, səhiyyə tariximizdən, xüsusilə onun klassik ədəbiyyatımızda doğurduğu əks-sədadan yazmağı da (“Nizaminin təbabət dünyası” (“Təbib” nəşriyyatı, 1998), unutmur.

Məmməd Süleymanoğlu mənəvi dünyasına yaxın olan, əxlaqi dəyərlərilə öz pak, insani hiss və duyğularının üst-üstə düşdüyü şəxsiyyətlərdən, səhiyyəmizin, dövlətimizin və ümumiyyətlə xalqımızın işıqlı insanlarından da yazmış, özü də fərəhlə yazmış və indi də yazır. Mustafabəy Topçubaşov, Əziz Əliyev, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Yusif Məmmədəliyev, Tamerlan Əliyev, Adilə Şaxtaxtinskaya, Umnisə Musabəyli, Zərifə Əliyeva, Zəhra Quliyeva, Adilə Namazova… Onun “Qadın zəkası”, (“Gənclik”, 1975), “Ömürlər uğrunda ömür”, (“Gənclik”, 1979), “And içirəm” (“Azəməşr”, 1987), “Qalacaqlar dünyada” (“Nurlan”, 2003), “Adilə ömrü” yanıqlı və ruhumuzu tərpədən qələminin məhsulu bu kitablarda isti-mehrabı, hamımız üçün pak olan məhrəmi özlərinin yerini-yurdunu tapmışlar.

… Məmməd Süleymanoğlunun «Azərbaycan səhiyyə naziriəri», «Azərbaycan Tibb Universitetinin Rektorları» sorğu kitabları da bu qəbildəndir. Bu kitabda yazılır: “Hər bir nazir uğuru və işgüzarlığı ilə, sevinc və kədərlərilə (hətta faciələri ilə) səhiyyə tariximizin milli öndərləridir”. Ayrı-ayrılıqda həyat və fəaliyyətləri sanki müəllifin içindən keçir. O, oxucusunu intizarda qoymayırmış kimi bu gümanı seçdiyi mövzularda, gətirdiyi epiqrafardaca şayən edir. Kitablar ayrı-ayrı şəxsiyyətlər toplusuna həsr olunsa da hadisələr dövrün ictimai-siyasi fonundan kənarda qalmır. Doğrudur, əgər tarixi baxımdan o qədər də böyük zaman kəsiyini tutmasa belə səhiyyə tariximizin ən vüsətli tərəqqili və təlatümlər, ziddiyyətlər, sıçrayışlarla dolu əsrini əhatə edir.”Gün var min aya dəyər”.Bəzəntarixi inkişaf yolunda “ İl var, min ilə dəyər”.

«Qatsan dünyanı dünyaya, calasan dünyanı dünyaya, çatmaz bir ləkəsiz insan ömrünə»

Məmməd Süleymanoğlu

… Məmməd Süleymanoğlunun özü və əsərləri haqqında vaxtaşırı dövrü mətbuatda yazılar dərc olunur. Mənim yuxarıda deyə bilmədiyim, ancaq ürəyimdən xəbər verən həmin yazıların birindən iki cümləni olduğu kimi onun fəaliyyəti haqqında bu qısa rəyimə əlavə etmək istərdim:

«Опрятно-элегантный внешний вид, в сером костюме-тройке с тёмным галстуком, твёрдый голос страстно влюбленного в свое дело человека, доброе благородное лицо- все свидетельствовало о том, что мне довелось общаться с представителем исконной азербайджанской интеллигенции, столь редко встречаемой в наши дни. Что единственное, чему он служит, – это желание сохранить и передать будущим поколениям все самое ценное и важное, что было в области азербайджанской медицины за всю ее историю»

(«Zerkalo» qəzeti, 31.03.07.).