Muzeylər Günü
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. Onun qorunması isə gələcək nəslin onu nə dərəcədə qavraması və qəbul etməsindən asılıdır. Muzey mədəni irsə münasibəti formalaşdırır, keçmişə maraq və hörmət yaradır.
Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Təbabəti Muzeyi səyyar sərgi təşkil edir: Xətai rayonu YAP- da; FHN-nin DYMH-nin NM üzrə 11nömrəli YMH; 1 Nömrəli Bakı Tibb Kollecində; Azərbaycan Milli Kitabxanasında, təşkil edilmişdir. Bu kimi səyyər sərgilər il boyu digər müəssilərdə də davamlı olaraq təşkil ediləcəkdir.