Naxçıvan Muxtar Respublikası - 100
Qədim zamanlardan burada xəstələrin müalicəsində bitkilərdən, toxum, bitki kökləri və giləmeyvələrdən istifadə edilmişdir. Dərman bitkilərinin yığılması, qurudulması, saxlanması və ticarəti ilə xüsusi adamlar məşğul olmuşdur. Həkimliklə, əsasən, tibbi savadı olmayan ara həkimləri, dəlləklər, sınıqçılar, çöpçülər, mamaçalar və başqaları məşğul olmuşlar. 1847-ci ildə çar hökuməti Cənubi Qafqazda tibb işçilərinin ştatı haqqında qanun vermişdir. Bu qanuna əsasən qəzada bir qəza həkimi, iki feldşer və bir mama nəzərdə tutulmuşdur. Həmin ildə rus həkimi, feldşer və mamaları qəzalara göndərilmişdir. 1863-cü il dekabrın 24-də quberniyalarda kənd həkim sahələrinin təşkil edilməsi haqqında qanun qəbul olunmuş və hər qəzada 7 min nəfər əhaliyə 1 kənd həkimi, 1 feldşer və 3 mama nəzərdə tutulmuşdur. Buna baxmayaraq, tibbi xidmətdə heç bir dəyişiklik baş verməmiş və bu məqsəd üçün vəsait ayrılması əvvəlki illərdən fərqlənmədiyinə görə Naxçıvanda tibb müəssisəsi açılmamışdır.
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SƏHİYYƏ TARIXI
(1847-1940)
Qədim tarixi olan Naxçıvanın adı Ptolemeyin “Coğrafi təlim- namə” əsərində (II əsr) Naksuana kimi qeyd edilmişdir. Orta əsr ərəb mənbələrində Naxçıvanın adı Nəşəva şəklində də işlədilmişdir. Məhəmməd Naxçıvani, Evliya Çələbi və başqaları şəhəri “nəqşi-cahan” (“dünyanın bəzəyi”) adlandırmışlar. Ticarət yolları ayrıcında yerləşən Naxçıvan dəfələrlə ərəb, monqol və başqa dövlətlər, eləcə də Teymur tərəfindən işğallara və dağıntılara məruz qalmışdır. 1827-ci il iyunun 26-da Naxçıvanı çar qoşunları tutmuş, 10 fevral 1828-ci ildə isə Türkmənçay müqaviləsinə əsasən, o, Rusiyaya birləşdirilmişdir.
Çar hökumətinin Qafqazda 1840-cı il inzibati islahatına əsasən 1841-ci ildə Gürcüstan-İmeretiya quberniyasının tərkibində mərkəzi Naxçıvan şəhəri olmaqla Naxçıvan, Ordubad, Dərələyəz məntəqələrindən ibarət Naxçıvan qəzası yaradılmışdır. 1849-cu ildə isə Naxçıvan, Şərur, Ordubad qəzaları İrəvan quberniyasının tərkibinə keçirilmişdir.
1920-ci il iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il fevralın 27-də Naxçıvan Muxtar Diyarı, 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Resrpublikası adlandırılmışdır.
Qədim zamanlardan burada xəstələrin müalicəsində bitkilərdən, toxum, bitki kökləri və giləmeyvələrdən istifadə edilmişdir. Dərman bitkilərinin yığılması, qurudulması, saxlanması və ticarəti ilə xüsusi adamlar məşğul olmuşdur. Həkimliklə, əsasən, tibbi savadı olmayan ara həkimləri, dəlləklər, sınıqçılar, çöpçülər, mamaçalar və başqaları məşğul olmuşlar. 1847-ci ildə çar hökuməti Cənubi Qafqazda tibb işçilərinin ştatı haqqında qanun vermişdir. Bu qanuna əsasən qəzada bir qəza həkimi, iki feldşer və bir mama nəzərdə tutulmuşdur. Həmin ildə rus həkimi, feldşer və mamaları qəzalara göndərilmişdir.
1863-cü il dekabrın 24-də quberniyalarda kənd həkim sahələrinin təşkil edilməsi haqqında qanun qəbul olunmuş və hər qəzada 7 min nəfər əhaliyə 1 kənd həkimi, 1 feldşer və 3 mama nəzərdə tutulmuşdur. Buna baxmayaraq, tibbi xidmətdə heç bir dəyişiklik baş verməmiş və bu məqsəd üçün vəsait ayrılması əvvəlki illərdən fərqlənmədiyinə görə Naxçıvanda tibb müəssisəsi açılmamışdır.
1874-cü ilin noyabr ayında təsdiq olunmuş ştat əsasında Naxçıvan qəzasında əhaliyə 1 həkim, 1 feldşer və 1 mama, Şərur qəzasında isə 1 həkim və 1 feldşer tibbi yardım göstərmişdir.
1880-cı ildə Cənubi Qafqazın kənd səhiyyəsində bəzi dəyişikliklər edilmişdir. “Zaqafqaziya quberniyalarında kənd həkim sahələrinin təşkil edilməsi haqqında” 26 fevral 1880-ci il tarixli qanuna əsasən hər qəzanın münasib yaşayış yerində 4 çarpayıdan ibarət qəbul məntəqəsi yaradılması və bu qanunun həyata keçirilməsi üçün təlimat tərtib edilmişdir. Belə bir təlimat yalnız 4 ildən sonra – 27 fevral 1884-cü ildə təsdiq edilmiş, həmin ildən Azərbaycan qəzalarında qəbul məntəqələri təşkil olunmağa başlamışdır. Naxçıvanda ilk qəbul məntəqəsi 4 çarpayılıq olmaqla 1889-cu ildə Şərur qəzasının Baş Noraşen (indiki Cəlilkənd) kəndində yaradılmışdır. Bundan 3 il sonra – 1892-ci ildə Naxçıvan qəzasının Cəhri kəndində 4 çarpayılıq qəbul məntəqəsi təşkil edilmişdir. Beləliklə, iki qəzada cəmi 8 çarpayılıq qəbul məntəqəsi açılmış və həkimlərin sayı 4-ə çatdırılmışdır. Onların iki nəfəri qəza həkimi işləmişdir.
Açılan qəbul məntəqələri tibbi yardımın təşkilində əsaslı dəyişiklik yaratmamışdır. Qəbul məntəqəsi həkimlərinin fəaliyyətində epidemiya əleyhinə tədbirlər demək olar ki, yerli-dibli olmamışdır. Halbuki həmin dövrdə epidemik vəziyyət gərgin idi. Arazboyu kəndlərin əhalisinin 70-80 %, Şərur əhalisi isə tamamilə malyariya ilə yoluxmuşdu. Nehrəm, Yaycı, Dəstə, Vənənd, Qaraçuq, Ərəzin və s. kəndlərin.əhalisi böyükdən kiçiyə traxoma xəstəliyinə tutulmuşdu. Ayrı-ayrı kəndlərdə dəri və zöhrəvi xəstəliklər geniş yayılmışdı, xüsusilə Ordubad bölgəsində keçəllik adi hal almışdı. Ölkənin ağır sanitar vəziyyətində olması, tibb işçilərinin çatışmaması, maddi imkansızlıq və ən başlıcası, ölkənin dəfələrlə əldən-ələ düşməsi yoluxucu xəstəliklərin tüğyan etməsinə şərait yaratmışdı. Əhali arasında yoluxucu xəstəliklərin çox yayılmasına baxmayaraq, xəstəxanaların təşkil olunduğu sonrakı illərdə də təsadüfi hallarda xəstəxanaya müraciət edilirdi.
Kənd həkimi Y.Kaminski “Naxçıvan qəzasının ikinci tibb məntəqəsinin tibb-sanitariya vəziyyəti” adlı məqaləsində yazırdı ki, müsəlmanlar təsadüfi hallarda, özü də könülsüz olaraq xəstəxanada yatırlar.
Şərur qəzasının həkimi H.Şəfiyev Baş Noraşendə xəstəxananın təşkil olunduğu ilk illərdə xəstələrin xəstəxanaya müraciət etmələri barədə belə yazır: “İlk əvvəllər tibbi yardım üçün xəstəxanaya çox az müraciət olunurdu, çünki ona etibar etmirdilər…” . Həmin dövrdə əhali arasında malyariya geniş yayılmışdı. 1902- ci ilin oktyabrında Qafqaz kənd təsərrüfatı cəmiyyəti ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi məsələsini müzakirə etmiş, malyariyanın buna mənfi təsir göstərdiyi nəticəsinə gəlmişdi.
1904-cü il martın 8-də hökumət qanunu ilə Cənubi Qafqazın qəbul məntəqələri kənd sahə xəstəxanaları kimi yenidən təşkil olunmuşdur. Beləliklə, Baş Noraşen və Cəhri kənd qəbul məntəqələri müvafiq kənd sahə xəstəxanalarına çevrilmişdir. Kənd səhiyyəsində islahatın 6 il ərzində başa çatdırılması nəzərdə tutulurdu. Plana görə birinci 3 ildə (1904-1906) kənd qəbul məntəqəsi kənd sahə xəstəxanasına çevrilməli, çarpayıların sayı 4-dən 6-ya çatdırılmalı, hər qəzada bir feldşer məntəqəsi yaradılmalıidi ikinci 3 ildə (1907-1909) isə hər qəzada, əlavə olaraq, 1 kənd xəstəxanası və 1 feldşer məntəqəsi açmaq nəzərdə tutulurdu. Amma yeni qanunla 6 çarpayılıq kənd sahə xəstəxanasının ştatı dəyişmədi, elə əvvəlki kimi qaldı.
Bildiyimiz kimi, o zamanlar şəhər əhalisinə tibbi xidmət göstərmək üçün heç bir xəstəxana olmamışdır. Elə buna görə də Naxçıvan şəhərində yaşayanlara tibbi xidmət göstərmək məqsədi ilə Cəhri kəndində fəaliyyət göstərən 6 çarpayılıq kənd sahə xəstəxanası 1905-ci ildə Naxçıvan şəhərinə köçürülmüşdür. Xəstəxanada 2 çarpayı artıq saxlamaq üçün Naxçıvan şəhər ictimai-idarə üsulu tərəfindən ildə 1500 manat həcmində vəsait də ayrılmışdır. Buna görə də Naxçıvan şəhərinin əhalisi kəndlərlə bir yerdə bu 8 çarpayılıq xəstəxanadan eyni hüquqda istifadə ediblər. Beləliklə, 1905-ci ildə Azərbaycan üzrə 16 kənd xəstəxanasından 2-si Naxçıvanda – Naxçıvan şəhərində və Baş Noraşen kəndində fəaliyyət göstərmişdir.
1908-ci ildə Cənənəb kəndində də 6 çarpayılıq sahə xəstəxanası təşkil edilmişdir. O dövrdə Naxçıvanda 3 feldşer məntəqəsi (Cəhri, Xanlıqlar, Əbrəqunus kəndlərində) fəaliyyət göstərmişdir.
Yeni əsasnaməyə uyğun olaraq, Naxçıvan və Şərur qəzalarında da bir sıra dəyişikliklər edilmişdir. Buna görə də 1905-1908-ci illərdə qəzalarda tibb müəssisələrinin vəziyyəti bir qədər yaxşılaşmışdır. Belə ki, həmin dövrlərdə Naxçıvan qəzasında 14 çarpayılıq iki xəstəxana (Naxçıvan şəhərində 8 çarpayı, Çənənəb kəndində 6 çarpayı), onların tabeliyində iki aptek və iki feldşer məntəqəsi (Cəhri və Əbrəqunus), Şərur qəzasında isə bir aptek və bir feldşer məntəqəsi (Xanlıqlar kəndində) olmuşdur. Hər iki qəzada həkimlərin sayı 5-ə, feldşer və mamaların sayı 15-ə, çarpayıların sayı isə 20-yə çatdırılmışdır. Beləliklə, əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti bir qədər yaxşılaşmışdır. 1910-cu ildə Naxçıvan qəzası üzrə ambulator gəlişlərin sayı 28 minə çatmışdır.
Əhalinin stasionar xidmətindən az istifadə etməsinin səbəbi çar hökumətinin xəstəxana tikintisi üçün yetərincə vəsait ayırmaması, kend xəstəxanalarının uyğunlaşdırılmış yerlərdə olmaması, onların minimal sanitariya normalarına cavab verməməsi, xəstəxanaların maddi cəhətdən çox aşağı səviyyədə təchiz edilməsi, onlarda tibbi ləvazimatların olmaması idi. Sözsüz ki, bu işdə epidemiya əleyhinə tədbirlərin keyfiyyətsiz aparılması da az rol oynamırdı. Epidemik xəstəliklər baş verəndə, xüsusilə tibbi məntəqə olmayan kəndlərdə səhiyyə işçiləri bundan çox gec xəbər tuturdu. Bunun da obyektiv’səbəbləri vardı. Başlıca səbəb o idi ki, bu və ya başqa strukturların rabitə və digər əlaqələri yox idi. Adətən, kənddə baş verən epidemik xəstəlik haqqında kəndin başçısı sahə pristavma xəbər verirdi, o da, öz növbəsində quberniya həkiminə bildirirdi, axırıncı isə kənd həkiminə xəbərdarlıq edirdi. Bu qaydada məlumat alan həkim ya epidemiyanın şiddətlənmə dövründə, ya da sönmə dövründə kəndə gəlirdi. Kənd sahə xəstəxanalarının və feldşer məntəqələrinin əsas funksiyası epidemiya əleyhinə tədbirlər görmək, yoluxucu xəstələri hospitallaşdırmaq, infeksiya ocaqlarında müvafiq tədbirləri həyata keçirmək idi. Yoluxucu xəstələrin hospitallaşdırılması isə olduqca azlıq təşkil edirdi.
Çarizm dövründə ölkənin sanitariya vəziyyəti çox ağır olmuş, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılmamış, iqtisadi gerilik, məişət və əmək şəraitinin aşağı səviyyədə olması ucbatından ölkədə tez-tez ağır epidemiyalar baş vermiş, kütləvi ölüm hallan qeydə alınmışdır. Təkcə 1904-cü ilin 3 ayı ərzində vəba epidemiyası zamanı Naxçıvan və Şərur qəzalarında həmin xəstəliyə tutulmuş 1674 nəfərin -1286 nəfəri, yəni 76,2 %-i ölmüşdür. Bunu hər iki qəzada cüzam, keçəllik, qarın yatalağı, tra- xoma, çiçək, vərəm və s. xəstəliklərin olmasını təsdiqləyən sənədlər də sübut edir.
Şahidlərin dediklərinə görə, epidemik xəstəliklərə qarşı tədbirlər görülmədiyindən bu xəstəliklər təhlükəli vəziyyət yaratmışdır. Qafqazın hakim dairələri bundan qorxaraq, təcili surətdə həkimlərin qurultay, konfrans və müşavirələrini keçirmişlər. 1893-cü ildə vəbaya, 1901 -ci ildə malyariyaya, cüzama, sifilisə, traxomaya, 1911-ci ilin mayında isə vəba və taun problemlərinə həsr edilmiş qurultaylar olmuşdur. Qeyd olunan qurultayların, demək olar, heç biri əməli səmərə verməmişdir. Əksinə, epidemiyalar daha da vüsət almışdır. Elə bunun nəticəsidir ki, 1910-cu ildə Naxçıvan qəzasında əhalinin hər min nəfərinə təbii artım 10,1, ümumi ölüm 20,8, doğum 30,9, uşaq ölümü isə 300 olmuşdur.
Tarixi qaynaqlardan yaxşı bilirik ki, 1920-ci ildə XI Ordunun Qafqaz polku Naxçıvana gəlmiş və iyul ayının 28-də Naxçıvanda Sovet hakimiyyəti qurulmuşdur. 1920-ci ilin oktyabrında isə Naxçıvan İnqilab Komitəsinin dekreti ilə ilk Səhiyyə şöbəsi yaradılmış və Əli Abbasov onun müdiri təyin edilmişdir. Bir neçə aydan sonra Səhiyyə Komissarlığına çevrilmiş və Ə.Abbasov ilk Səhiyyə Komissarı olmuşdur. Beləliklə, həmin ağır illərdə əhaliyə tibbi xidmətin təşkili Ə.Abbasova tapşırılmışdır. Təbii ki, bu tapşırığı yerinə yetirmək üçün çox ciddi və inadla çalışmaq lazım idi. Lakin bir tərəfdən büdcənin zəif olması, digər tərəfdən mərkəzi səhiyyə təşkilatları’ilə (xüsusən, Bakı ilə) əlaqənin tam bərpa olunmaması, eləcə də əvvəllər fəaliyyət göstərmiş azsaylı müalicə müəssisələrinin dağıdılması, həm də Naxçıvanda olan 1 həkim və bir neçə orta tibb işçisinin baş vermiş hərc- mərclikdən qorxaraq qəzanı tərk etmələri, digər tərəfdən isə yoluxucu xəstəliklərin geniş yayılması səhiyyə təşkilatının işində böyük çətinliklər yaratmışdır. Bu çətinliklərə baxmayaraq, Ə.Abbasov ona tapşırılan vəzifəni layiqincə yerinə yetirmişdir. Onun işlədiyi dövrlərdə Naxçıvan şəhər xəstəxanası bərpa edilərək, çarpayıların sayı 20-yə çatdırılmışdır. Bununla yanaşı, məntəqələr, ambulatoriyalar, apteklər açılmış və sanitariya komitəsi təşkil olunmuşdur. Şərurda feldşer məntəqəsi və aptek yaradılmış və burada işləyənlərin sayı 46 nəfərə çatdırılmışdır.
Ə.Abbasov Naxçıvandakı həkimlik fəaliyyətindən danışaraq xatırlayırdı: “O zamanlar fəaliyyət göstərmək üçün heç bir şərait yox idi. Gün çıxandan gün batanadək işləmək lazım gəlirdi. Əhaliyə tibbi yardım göstərmək çox çətin idi. Hər yerdə qarın yatalağı, vəba və sair yoluxucu xəstəliklər geniş yayılmışdı. Dərman çatışmırdı. Peyvənd etmək üçün vaksin olmadığından əhali çiçək xəstəliyinə tutulurdu. Xəstəxananın vəziyyəti daha acınacaqlı idi”.
Bəli, həmin dövrlərdə Naxçıvan səhiyyəsinin vəziyyəti ürək açan deyildi. Səhiyyənin bütün sahələrində həlli vacib problemlər vardı. Tibb xidmətinin təşkilində ümdə problem isə dərman təchizatı məsələsi idi. Ona görə də Azərbaycan İnqilab Komitəsi 10 sentyabr 1920-ci il tarixli dekreti ilə dərman möhtəkirliyinin qarşısını almaq məqsədilə dərman satılmasını və ixracatını qadağan etdi. Dekretdə deyilirdi: “Azərbaycan Xalq Səhiyyə Komissarlığının icazəsi olmadan dərman satması və alması aşkar edilən bütün şəxslər ən ciddi cəza tətbiq olunmaqla İnqilab tribunal məhkəməsinə veriləcəkdir”.
Bundan sonra respublika Xalq Səhiyyə Komissarlığı xəstələr üçün dərman buraxılmasını müvəqqəti olaraq məhdudlaşdırdı. Miksturalar, dəmləmələr, toz dərmanlar, həblər və başqa dərman formalarının buraxılışı iki gün üçün nəzərdə tutulmağa başladı.
1920-1924-cü illər Naxçıvanın səhiyyə həyatında önəmli rol oynamışdır. Həmin illərdə Naxçıvan şəhərində xəstəxana açılmış, sonra şəhər ambulatoriyası yaradılmış və bu ambulatoriyada diş həkimi və diş texniki kabinələri fəaliyyətə başlamışdır. Bundan başqa Naxçıvan islah evində məhbuslara tibbi xidmət göstərmək üçün ambulatoriya, Ordubad şəhərində həkim məntəqəsi, Çənənəb, Culfa, Əbrəqunus, Cəhri, Qıvraq və Baş Noraşendə feldşer məntəqələri təşkil edilmişdir. Malyariya ilə mübarizə məqsədilə Naxçıvan şəhərində və Baş Noraşendə malyariya stansiyaları açılmış və onlara rəhbərlik xüsusi hazırlıq görmüş həkimlərə tapşırılmışdır.
Azərbaycan İnqilab Komitəsi 15 dekabr 1920-ci il tarixli dekretlə qadınların ağır işlərə cəlb olunmasını qadağan etmişdir. Hamilə və südəmər uşaqlan olan analara güzəştlər verilmişdir. Hamilə qadmlara 6 həftə doğuşdan əvvəl və 6 həftə doğuşdan sonra, fiziki əməklə məşğul olan qadınlara isə 8 həftə doğuşdan əvvəl və 8 həftə doğuşdan sonra əmək haqqı saxlanmaqla məzuniyyət verilməsi qanuniləşdirilmişdir. Bununla yanaşı, südəmər uşaqlan olan qadınlara iş günü ərzində hər 3 saatdan bir uşağı yedizdirmək üçün icazə verilmişdir. Yeniyetmələrə isə 8 saatlıq iş günü və əmək haqqı saxlanmaqla 6 saatlıq iş günü müəyyən edilmişdir.
İnqilab Komitəsi 1921-ci il martın 21-dən başlayaraq, Azərbaycanda bütün uşaqlara doğulduğu gündən 16 yaşmadək pulsuz qida verilməsini tətbiq etmişdir. Sahibsiz uşaqlar üçün uşaq evləri, koloniya və kommunalar yaradılmışdır. Bunun ardınca, uşaqların həyat tərzini yaxşılaşdırmaq məqsədilə 1921-ci il dekabrın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında fövqəladə komissiya yaradılmış və bu iş üçün onun sərəncamına 5 milyard manat vəsait ayrılmışdır.
1922-ci ilin noyabrında Azərbaycan K(b)P sığorta olunanlara tibbi yardım göstərilməsi haqqında qərar qəbul etmişdir. Bu qərarla fəhlələrə, qulluqçulara və onların ailələrinə pulsuz stasionar və ambulator tibbi yardım göstərilməsi nəzərdə tutulurdu. Sığorta olunanlara ən yaxşı stasionar və ambulator-polikİinika müəssisələri xidmət edirdi. Bu cür səhiyyə müəssisələrinin sayı getdikcə artırdı. 1925-ci ildə fəaliyyətə başlayan Naxçıvan şəhər ambulatoriyası və diş ambulatoriyası da həmin məqsədə yönəldilmişdi.
Tarixi qaynaqlardan bildiyimiz kimi, 20-ci illərdə kənd yerlərindəki tibb müəssisələrində kadr çatışmırdı, bir çox yerlərdə həkim vəzifəsində feldşer işləyirdi. Respublika Xalq Səhiyyə Komissarlığı vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görürdü. Bu tədbirlərdən biri 1924-cü ildən başlayaraq, Bakı universiteti tibb fakültəsi məzunlarının təcrübə keçməsi idi. Qəbul edilmiş yeni qaydaya əsasən tibb fakültəsini bitirən gənc həkimlər Xalq Səhiyyə Komissarlığı tərəfindən bir il müddətinə Bakı şəhər xəstəxanalarından birinə təcrübə keçməyə göndərilirdi. Bu, onların gələcəkdə yaxşı mütəxəssis olmalarına müsbət təsir göstərirdi.
Həmin dövrlərdə kənd yerlərində həkim kadrlarının çatışmaması problemini həll etmək məqsədilə 1922-ci ildən başlayaraq həkimləri bir il müddətinə kəndə işə göndərmək qərara alındı. Bununla əlaqədar kənd həkimlərinin əmək haqqı şəhər həkimlərinə nisbətən 30-40 % artırıldı. Buna baxmayaraq, kənd yerlərinin tibb şəbəkəsi yenə də həkimlə tam təmin edilmədi. Yaranmış vəziyyətdən çıxmaq üçün Xalq Səhiyyə Komissarlığı kəndlərdə xidmət göstərmək üçün briqada və ya dəstə üsulundan istifadə etməyə başladı. Tərkibi 1-2 həkim, 2-3 orta tibb işçisi və 2 texniki işçidən ibarət briqadalar kəndlərdə müalicə-profilaktika işləri aparmağa göndərilirdi. Briqadalar xüsusi ixtisaslı və bəzən də kompleks olurdu. Çox vaxt bu briqadalar “göz”, “vərəm”, “malyariya”, “veneroloji”, “epidemioloji” qrup şəklində kəndlərə gedirdi.
Hər bir dəstə təşkil ediləndə Xalq Səhiyyə Komissarlığı tərəfindən onun vəzifələri, xidmət edəcəyi ərazi və əhalinin sayı müəyyən edilirdi. Bir çox hallarda aşkar edilən xəstələrin hospitallaşdırılması üçün 5-10 çarpayılıq səyyar stasionar təşkil olunurdu. Lakin aparılan tədbirlərə baxmayaraq, Naxçıvanda kəndlərin kadrla təmin edilməsində əsaslı dəyişikliklər baş vermədi.
1922-ci ildə bəzi yeniləşmələr özünü büruzə verməyə başladı. Daha dəqiq desək, dövlət tərəfindən xəstəliklər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və əlillik zamanı sosial təminat və sosial sığorta haqqında yeni qaydalar müəyyən edildi. Azərbaycan Xalq, Komissarları Soveti “Muzdla işləyən şəxslərin sosial sığortası haqqında”, “Sosial sığorta fondu haqqında”, “İşsizlik zamanı sosial təminat haqqında”,”Müəssisə və idarələrin sığorta haqqını ödəmək qaydaları haqqında”,”Sığortalanmış xəstələrin müalicə həkimi tərəfindən işdən azad edilmə qaydaları haqqında” qərarları qanuniləşdirdi. Bütün rayonlarda sosial sığortanın rayon kassası yaradıldı.
1922-1925-ci illərdə səhiyyə orqanları qarşısında duran ən başlıca problemlərdən biri yoluxucu xəstəliklərlə mübarizə idi. Həmin dövrdə vəba və çiçək xəstəlikləri ən təhlükəli xəstəliklər kimi qeydə alındı və fövqəladə komissiyaların köməkliyi ilə operativ profilaktika tədbirləri həyata keçirildi. .
Bunlardan başqa, malyariya, difteriya, qızılca, skarlatina, dizenteriya, səpgili yatalaq, qayıdan yatalaq, qarın yatalağı və s. xəstəliklər də ciddi təhlükə törədirdi. Ona görə də əhali arasında kütləvi peyvənd aparmaq məqsədi ilə qəzalara epidemioloji dəstələr göndərilmişdi. 1922-ci ilin sentyabrında isə respublika Qırmızı Aypara Cəmiyyəti yaradıldı.
Nizamnaməsi 1924-cü il dekabrın 27-də respublika Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilən Qırmızı Aypara Cəmiyyəti bu dövrdə əhaliyə tibbi xidmət göstərilməsinə yaxından kömək etmiş, malyariya, sifilis, traxoma, dəri xəstəlikləri ilə mübarizə işinə xeyli vəsait ayırmışdır. 1923-cü il yanvarın 17-də sosial həyatda daha bir yenilik baş verdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə işləyən qadınların məişətinin yaxşılaşdırılması üzrə xüsusi komitə yaradıldı. Komitəyə ana və uşaqların mühafizəsi üçün müəssisələr açmaq, başqa yerdən gəlmiş qadınların qısamüddət qalması üçün yataqxanalar təşkil etmək də tapşırılmışdı.
1924- cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi uşaqlara xidmət tədbirlərini yaxşılaşdırmaq məqsədilə Mərkəzi uşaq komissiyası təşkil etmişdi. Onun tabeliyində xeyli təsərrüfat və ticarət müəssisələri olmuşdur. Buradan əldə olunan gəlir körpələr evi, uşaq bağçası və məsləhətxanalarının açılmasına, saxlanmasına sərf edilmişdir. Qaynaqlarda qeyd edilir ki, 1925-ci ilin avqust ayında Naxçıvanda ilk uşaq məsləhətxanası açılmış və onun tərkibində süd mətbəxi fəaliyyət göstərmişdir.
O dövrlərdə qadın və uşaqların’mühafizəsi tədbirləri Xalq Səhiyyə, Təhsil, Daxili İşlər Komissarlıqları tərəfindən həyata keçirilirdi. Qadınların, xüsusən tək yaşayanların işə düzəldilməsi, təminatsız qadınların işdən azad edilməsinin qadağan olunması, işləməyənlər üçün yataqxanalar təşkil edilməsi, kimsəsiz uşaqlara qayğının artırılması, zöhrəvi xəstəliyi olanlar üçün ciddi rejimli əmək koloniyasının təşkil edilməsi, onların pulsuz müalicə olunması bu tədbirlərdən idi. Bu istiqamətdə məqsədyönlü işlər görülürdü. Onlardan biri də Naxçıvan uşaq evində məktəb ambulatoriyasının açılması idi.
1925-ci il iyunun 15-də Azərbaycan Xalq Komissarlığı Sovetinin qərarı ilə respublikanın sanitar struktura və ştatı müəyyən edilmiş və həmin struktur əsasında hər qəzada 10 min nəfər adama, şəhərdə isə 25 min nəfər adama 1 sanitar həkim nəzərdə tutulmuşdur. Qərarla əlaqədar qəza və kənd sanitar sovetləri yaradılmışdır. Bu sanitar sovetləri epidemiya əleyhinə sanitariya tədbirlərinin həyata keçirilməsində, ictimai təşkilatların nümayəndələrinin oraya cəlb olunmasında böyük rol oynamışdır. Naxçıvan şəhər sanitar həkimi vəzifəsi qəza sanitar həkimi vəzifəsinə çevrilmişdir.
1925-ci ilin yanvarında Naxçıvan uşaq evi nəzdində ambulatoriya açılmış, fevral aymda Çənənəb feldşer məntəqəsi həkim məntəqəsinə çevrilmiş, bunun ardınca 10 çarpayılıq Ordubad şəhər ambulatoriyası və Baş Noraşen həkim məntəqəsi, Naxçıvan şəhərində uşaq məsləhətxanası və Culfa həkim məntəqəsi, eləcə də daimi həkim komissiyası təşkil edilmişdir. 1925-ci ilin axırlarında Ordubad qəzasının Vənənd kəndində feldşer məntəqəsi açılmışdır. Bundan başqa Naxçıvan şəhər xəstəxanasının 35 çarpayıdan 50 çarpayıya çatdırılması nəzərdə tutulmuşdur.
Həmin ilin noyabrında Azərbaycan xalq səhiyyə komissarı M.Qədirlinin və Naxçıvan Xalq Səhiyyə komissarı B.Qədimovun təşəbbüsü ilə Naxçıvan respublika həkimlərinin qurultayı çağırılmışdır. Qurultayda respublikada səhiyyə işinin daha da yaxşılaşdırılması haqqında geniş qərar qəbul olunmuşdur.
Epidemiya əleyhinə tədbirlər nəticəsində muxtar respublikada çiçək xəstəliyi ləğv edilmiş, digər yoluxucu xəstəliklər isə azaldılmışdır. Malyariya, vərəm, traxoma, dəri-zöhrəvi xəstəlikləri ilə mübarizə isə daha da gücləndirilmişdir.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən həkim məntəqəsinin şəbəkəsi (Culfa, Çənənəb, Baş Noraşen və Dərvişlər kəndlərində) xeyli genişləndirilmiş və bu kəndlərdəki feldşer məntəqələri ləğv edilərək Vənənd, Yengicə kəndlərinə və Duz mədəninə köçürülmüşdür.
1924-cü ilin may ayında Şərur aptekinin şöbəsi təşkil edilmiş, Ordubad şəhər apteki isə həmin ilin oktyabrından təsərrüfat hesabına keçirilmişdir. Beləliklə, 1925-ci ildə muxtar respublikada cəmi iki aptek fəaliyyət göstərmişdir.
Həmin illərdə əhali arasında yoluxucu xəstəliklər geniş vüsət almışdı. Əhalinin malyariya ilə xəstələnməsi Şərur qəzasında 99%-ə, Naxçıvan qəzasında 50%-ə, Ordubad qəzasmdv 20%-ə çatmış, sifilis ilə xəstələnmə Şərur qəzasında 8 %, Ordubad qəzasında 1-2% olmuşdur.
Arxiv sənədlərinə görə, 1925-ci ilin sentyabrında Xalq Səhiyyə komissarı B.Qədimovun sədrliyi ilə sığorta müşavirəsi keçirilmiş və oktyabrın əvvəlindən başlayaraq, sığorta olunanlar üçün ambulatoriya təşkil edilməsi və bir nəfər həkim saxlamaq üçün əmək haqqının 50%-nin smetaya daxil olunması, habelə Yengicə həkim məntəqəsinin ambulatoriyaya çevrilməsi qərara alınmışdır.
Arxiv sənədlərində 1926-cı il aprelin 11-də Azərbaycan həkimlərinin birinci qurultayının keçirilməsi barədə də məlumat verilir və burada Naxçıvan həkimlərinin də iştirak etdikləri qeyd olunur. Qurultayda başqa məsələlərlə yanaşı kənddə tibbi xidmətin vəziyyəti də müzakirə edilmişdir.
Statistik məlumata görə, 1926-cı ildə Naxçıvan şəhər xəstəxanasında çarpayıların sayı 60-a, Ordubad xəstəxanasında isə 19-a çatdırılmışdır. Naxçıvan şəhər ambulatoriyasında başqa kabinələrlə yanaşı göz, cərrahiyyə, ginekologiya kabinələri təşkil edilmişdir. Xalq Səhiyyə Komissarlığının 1926-cı il yanvar tarixli əmri ilə Vənənd feldşer məntəqəsi həkim məntəqəsinə, Yengicə feldşer məntəqəsi yerli büdcə təsdiq olunanadək sığorta kassası hesabına saxlanmaqla həkim məntəqəsinə çevrilmişdir. Şahbuzda yeni feldşer məntəqəsi, Naxçıvan pambıq zavodunda isə ilk yardım məntəqəsi açılmışdır.
Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən Xalq Səhiyyə Komissarlığının 1926-cı il 8 mart tarixli əmri ilə xalq səhiyyə komissarı Baba Qədimov, xalq səhiyyə komissarının müavini Vladimir Mudnx, idarəetmənin nümayəndəsi Marqelamov, həkim Yuli Marqulis və yerli əhalinin nümayəndəsi Rəsul Əhmədovdan ibarət kollegiya təşkil olunmuşdur.
Həmin il Xalq Səhiyyə Komissarlığının yaxından köməyi ilə Naxçıvan şəhərində 30 çarpayılıq dəri-zöhrəvi dispanseri, gecə-gündüz işləyən təcili yardım stansiyası təşkil etmək, şəhər ambulatoriyası əvəzinə mərkəzi ambulatoriya təşkil edib, orada terapiya, diş, göz, kimyəvi-bakterioloji, ginekoloji və cərrahi kabinələr yaratmaq, diyar xəstəxanasını 100 çarpayıya çatdıraraq; Naxçıvan qəzasının Şahbuz və Milax kəndlərində feldşer, Cəhri və Nehrəm kəndlərində həkim məntəqələri, Şərur qəzasının Baş Noraşen kəndində 15 çarpayılıq xəstəxana, Yaycı kəndində feldşer, Sədərək və Ərəbyengicə kəndlərində həkim, Bist və Aza kəndlərində feldşer məntəqələri təşkil etmək nəzərdə tutulmuşdur.
Xalq Səhiyyə Komissarlığının 2 yanvar 1926-cı il tarixli əmrində muxtar respublikanın bütün tibb müəssisələrində çalışan işçilərinin əsas vəzifələri göstərilməklə, onların ikinci vəzifələri də qeyd edilmişdir. Bu əmrdən aydın olur ki, həmin vaxtlar muxtar respublikada;Xalq Səhiyyə Komissarlığı, Naxçıvan şəhər ambulatoriyası, sığorta olunanlar üçün Naxçıvan ambulatoriyası, Naxçıvan malyariya ambulatoriyası, Naxçıvan şəhər apteki, Sanitar nəzarəti, Diş ambulatoriyası, Duz mədəni nəzdində ambulatoriya, Bakterioloji laboratoriya, Zöhrəvi dispanser, Uşaq məsləhətxanası, Cəhri feldşer məntəqəsi, Ordubad apteki, Culfa həkim məntəqəsi, Çənənəb həkim məntəqəsi, Baş Noraşen həkim məntəqəsi, Baş Noraşen malyariya stansiyası, Qıvraq və Yengiçə feldşer məntəqələri, Yengicə apteki və Qırmızı Aypara Cəmiyyətinin həkim sanitar dəstəsi fəaliyyət göstərmişdir.
Arxiv məlumatlarına görə, həmin dövrlərdə Naxçıvan xəstəxanasında cəmi 26 ştat olmaqla, 2 həkim xəstəxana müdiri və həkim ordinator fəaliyyət göstərmişdir.
Naxçıvan şəhər ambulatoriyasına isə Məmmədtağı Sultanov rəhbərlik etmişdir. O, eyni zamanda islah evi ambulatoriyasının müdiri olmuşdur. Şəhər ambulatoriyasında 2 nəfər orta tibb işçisi və 2 nəfər sanitar olmaqla, cəmi 5 nəfər işləmişdir.
Beləliklə, 1926-cı ilin əvvəlində Xalq Səhiyyə Komissarlığı sistemində həkimli, fəhləli cəmi 117 nəfər çalışmışdır.
Həmin dövrdə əhali arasında sifilis və süzənək xəstəliyi çox yayıldığı üçün Naxçıvan şəhərində 15 çarpayılıq zöhrəvi dispanser təşkil edilmişdir. Bununla yanaşı, Baş Noraşen kəndindəki malyariya dispanseri 25 çarpayılıq stasionarı olan tropstansiyaya çevrilmişdir.
Beləliklə, 1927-ci ildə diyardakı xəstəxana çarpayılarının sayı 115-ə, o cümlədən Naxçıvan şəhər xəstəxanasında 95-ə çatdırılmışdır. Yengicə həkim məntəqəsi bağlanaraq, Noraşen pambıq zavoduna köçürülmüş və burada ilk yardım məntəqəsi şəklində təşkil edilmişdir. Naxçıvan şəhər uşaq məsləhətxanası yanında qadın məsləhətxanası kabinəsi yaradılmışdır.
Naxçıvan Xalq Komissarları Sovetinin 17 may 1927-ci il tarixli iclasında muxtar respublikada daha 3 feldşer məntəqəsinin təşkil edilməsi və onların hər birinə 1 feldşer, 1 mama və 1 sanitar ştatı verilməsi qərara alınmışdır.
1928-ci ilin may ayında isə Naxçıvan Qadınlar Klubu nəzdində ilk tibbi yardım dəməyi təşkil edilmiş və bu dəməyə 22 nəfər üzv yazılmışdır. Onların 21 nəfəri türk, 1 nəfəri isə başqa millətin nümayəndəsi idi. Dərnəyin rəhbəri Böyükbəy Mahmudbəyov, qrupun sinif nümayəndəsi Nazlı Nəcəfova olmuşdur.
1928-ci ildə Naxçıvan MSSR Qırmızı Aypara Cəmiyyətinin 2 qəza komitəsi (Ordubad və Şərur), 7 rayon komitəsi (Culfa, Tumbul, Qıvraq, Duz mədəni, Nehrəm, Yemxana və Dəstə), 23 müəssisədə isə özək komitəsi olmuşdur.
1928-ci ilin hesabatlarında əvvəlki illərdə fəaliyyət göstərmiş tibb müəssisələrindən başqa, yeni tibb müəssisələrinin yarandığı da qabarıq nəzərə çarpır. Bu baxımdan Dərvişlər həkim məntəqəsi, Bist və Parağaçay feldşer məntəqələri dediklərimizə canlı misaldır. Bundan başqa, hesabatda Naxçıvan şəhər ambulatoriyasının Mərkəzi ambulatoriya kimi fəaliyyət göstərməsi də vurğulanır. Qeyd edilir ki, terqpiya, cərrahiyyə, göz, ginekologiya, diş, yoluxucu və epidemik xəstəliklər kabinələri olan bu ambulatoriya da xeyli əvvəl yaradılmışdır. Mütəxəssislərin fikrincə, 1928-ci ildə diyar səhiyyəsinin həyatında müəyyən canlanma olmuşdur. Məsələn, o dövrdə kənd komitələri hesabına saxlanan Yaycı, Aza, Nehrəm feldşer məntəqələri təşkil edilmişdir. Həmin il Duz mədəni ilə Başbaşı stansiyası arasında kanat yolu çəkildiyinə görə Başbaşıda ilk yardım məntəqəsi açılmışdır.
Bütün bunlara baxmayaraq, 1928-ci ildə yenə də yoluxucu xəstəliklər qeydə alınmışdır. Muxtar respublikada 123 skarlatina, 280 sifilis, 180 sinqa, 369 qızılca, 408 süzənək, 422 dizenteriya, 474 vərəm, 460 parotit, 1402 göyöskürək, 1446 inflüensa (qrip) xəstəsi olduğu aşkar edilmişdi. Sifilis və süzənək uşaqlarda da olmuşdur. Malyariya xəstəliyi əhali arasında daha geniş yayılmışdı. Statistik hesabatlara görə, həmin dövrdə muxtar respublikada, 16996 malyariyalı xəstə olmuşdur. Bunların 8325-i Şərurda, 5161-i Naxçıvanda, 3510-u Ordubad rayonunda qeydə alınmışdır.
1928-1929-cu illərdə Naxçıvan şəhərində Xalq Səhiyyə Komissarlığının cəmi 24 nəfər həkim və əməkdaşı olmuşdur. Onların 5 nəfəri Xalq Səhiyyə Komissarlığmda, 6 nəfəri xəstəxanada, 8 nəfəri mərkəzi ambulatoriyada, 1 nəfəri malyariya stansiyasında, 2 nəfəri bakterioloji laboratoriyada, 2 nəfəri isə uşaq məsləhətxanasında işləmişdir.
1929-cu ildə diyarda xəstəxana çarpayılarının sayı cəmi 126 ədəd olmuşdur. Çarpayıların sayını artırmaq üçün Çənənəbdə 6 çarpayılıq kənd xəstəxanası təşkil edilmiş, Naxçıvan şəhər ambulatoriyasında qulaq-burun-boğaz kabinəsi açılmışdır. Həkimlərin çatışmaması ucbatından Əbrəqunus və Cəhri həkim məntəqələri feldşer məntəqəsinə çevrilmişdir. Həmin il Xalq Səhiyyə Komissarlığı yanında Apteklər İdarəsi təşkil edilmişdir. Bununla yanaşı, Ordubadda şəhər xəstəxanası, aptek, uşaq məsləhətxanası, Çənənəbdə həkim məntəqəsi, Bistdə feldşer məntəqəsi fəaliyyət göstərmişdir.
Bildiyimiz kimi, iyirminci illərdə kəndlərdə səhiyyə obyektlərinin tikintisi acınacaqlı vəziyyətdə olmuşdur. Amma 1930-cu ildə xəstəxana tikintisinə vəsait ayırmaları artdığı üçün kənd yerlərində xəstəxana tikintisi genişlənmişdir. Səhiyyə tikintiləri həcminin artması nəticəsində çarpayıların ümumi miqdarı 165-ə çatdırılmışdır. Culfa və Noraşendə 10 çarpayılıq xəstəxana, hər biri iki kabinetdən ibarət ambulatoriya tikilmişdir. Naxçıvan şəhərindəki ambulatoriya mərkəzi poliklinikaya, Qıvraq, Cəhri və Əbrə- qunus feldşer məntəqələri isə həkim məntəqəsinə çevrilmişdir. Bununla bərabər, Naxçıvan şəhərində Sanitar maarifi evi açılmış və onun nəzdində 510 kitabı olan Elmi Tibbi kitabxana yaradılmışdır. Bu kitabxana 1947-ci ildən indiyə kimi müstəqil kitabxana kimi fəaliyyət göstərir.
Arxiv sənədlərinə görə, 1930-cu ilin may ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetində keçirilən iclasda Bist kəndində 4 çarpayısı olan həkim məntəqəsinin tikilməsindən ötrü Xalq Səhiyyə Komissarlığı ilə müqavilə bağlanması qərara alınmışdır. Həmin iclasda Naxçıvana yardım fondu hesabına Əbrəqunus kəndində xəstəxana tikintisi üçün Xalq Səhiyyə Komissarlığına əvvəllər ayrılmış 20 min manat vəsaitin dağlıq sahədə 6 çarpayılıq həkim məntəqəsi tikilməsi üçün Xalq Komissarları Sovetinin sərəncamına köçürülməsi də qərara alınmışdır.
1931-ci ildə isə Azərbaycan Xalq Komissarları Soveti “Orta tibb heyətinin hazırlanması haqqında” qərar qəbul etmişdir. Həmin qərarda yeni məktəblər açılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi qarşıya ən önəmli bir vəzifə kimi qoyulmuşdur. O illərdə muxtar respublikada səhiyyə şəbəkələrini genişləndirmək və orta tibb işçilərinə olan ehtiyacı təmin etmək üçün Naxçıvan Tibb Məktəbi yaradılmışdır. Məktəbin ilk direktoru Cəfər Axundov olmuşdur. 1935-ci ildə məktəbin ilk təntənəli buraxılış gecəsi keçirilmişdir.
Başqa istiqamətlərdə də məqsədyönlü iş aparılmışdır. Məsələn, sovxozların təşkil edilməsi ilə əlaqədar onların işçilərinə xidmət göstərmək məqsədilə xüsusi müalicə-profilaktika müəssisələri yaradılmışdır. 1933-cü ildə “Respublika sovxozlarında fəhlələrə tibbi xidmət haqqında” qərar qəbul edildikdən sonra isə sovxoz tibb şəbəkəsinin, xüsusən ana və uşaqların mühafizəsi müəssisələrinin genişləndirilməsi, malyariya əleyhinə tədbirlərin gücləndirilməsi, sovxoz tibb müəssisələrinin tibb kadrları ilə təmin olunması istiqamətində xeyli işlər görülmüşdür.
1934-cü ildə Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığı yanında Dövlət sanitar inspeksiyası yaradılmış, səhiyyə qarşısında yaxın illərdə çiçək xəstəliyinin tamamilə ləğv edilməsi vəzifəsi qoyulmuşdur. Əhali arasında çiçəyə qarşı geniş surətdə peyvənd aparılması işinə başlanmışdır. Qırmızı Aypara Cəmiyyəti kütləvi immunləşdirmə üçün sanitar fəallarından çiçək peyvəndi aparanlar hazırlamışdır. Epidemiya əleyhinə profilaktik tədbirlər nəticəsində çiçəyin yayılma dərəcəsi kəskin surətdə azalmağa başlamışdır.
Əhali arasında təbii ölümü və eləcə də uşaq ölümünü azaltmaq məqsədi ilə ümumi sağlamlaşdırım tədbirlərlə yanaşı, mədə-bağırsaq xəstəliklərinə qarşı spesifik müalicə-profilaktika tədbirləri də həyata keçirilməyə başlanmışdır. Hətta bununla əlaqədar hökumət tərəfindən mədə-bağırsaq xəstəliklərinə qarşı tədbirlər planı da təsdiq edilmişdir. Bu planda həmin tədbirlərlə bağlı səhiyyə, kommunal təsərrüfat, iaşə müəssisələri, ticarət orqanları və yerli sovetlər qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Mədə-bağırsaq xəstəliklərinə qarşı profilaktika tədbirlərini uğurla həyata keçirmək üçün hələ 1932-ci ildə ictimai iaşə, yeyinti sənayesi və su kəməri işçilərinə, eləcə də çağırışçılara, yataqxanada yaşayanlara, körpələr evi və uşaq bağçalarında olan uşaqlara qarın yatalağı və paratiflərə qarşı mütləq peyvənd aparılması tətbiq edilmişdir.
Həmin vaxtlarda skarlatina, difteriya, qızılca ilə mübarizə aparılması da uşaq ölümünün azalmasına yönəldilmiş tədbirlərdən olmuşdur. Əvvəllər olduğu kimi, 30-cu illərdə də malyariya ilə mübarizə səhiyyə orqanları qarşısında duran bir nömrəli problemə çevrilmişdir. Elə buna görə də Xalq Komissarları Soveti 1930-cu ildən Xalq Səhiyyə Komissarlığı yanında fəaliyyət göstərən malyariya komitəsini Xalq Komissarları Soveti yanında malyariya və tropik xəstəliklərlə mübarizə komitəsinə çevirmək məcburiyyətində qalmışdır. Xalq Komissarları Soveti sədrinin rəhbərlik etdiyi həmin qurumun tərkibinə səhiyyə, əkinçilik, maliyyə, əmək komissarları və başqaları daxil idilər. 1932-ci ildən rayon və vilayət icraiyyə komitələrində də malyariya komitələri yaradılmağa başlamışdı.
Bütün bunlarla yanaşı, geniş əhali kütləsi də malyariya ile mübarizəyə qoşulmuş, yerlərdə malyariya ilə mübarizə aylığı, kütləvi iməciliklər və malyariya sanitar minimumu keçirilmiş, kiçik bataqlıqlar ya mazutla təmizlənmiş, ya da ləğv edilmişdir. Bu cür müalicə-profilaktika tədbirlərinin aparılması, hidrotexniki qurğuların və sanitar-gigiyena işlərinin həyata keçirilməsi, əhalinin kütləvi surətdə malyariya ilə mübarizə aparması, şübhəsiz, öz müsbət nəticələrini vermişdir. Elə buna görə də xəstələnmə və malyariyadan ölüm halları 1934-cü ilə nisbətən 1940-cı ildə 3 dəfə azalmışdır.
Bundan sonra problemin təkrar yaranmaması üçün daha məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır. 1937-ci ildə Naxçıvan MR sanitar epidemioloji stansiyası yaradılmış və stansiya 3 nəfər ixtisaslı həkimlə təmin olunmuşdur.
Həmin dövrdə əhali arasında geniş yayılmış traxoma xəstəliyinin müalicəsi və profilaktikası sahəsində də müəyyən işlər görülmüş, Naxçıvanda 40 çarpayılıq traxoma dispanseri təşkil edilmişdir. 1937-ci ilin yanvar ayında isə göz həkimlərinin birinci respublika konfransı keçirilmişdir. Konfransda traxoma ilə mübarizənin ilk nəticələri ümumiləşdirilmiş və gələcəkdə göz xəstəlikləri ilə mübarizə tədbirləri nəzərdə tutulmuşdur. Traxoma ilə mübarizə səhiyyənin ən vacib problemlərindən biri olduğu üçün hökumət hətta müəyyən qanunverici aktlar da qəbul etmişdir. Həmin sənədlərdə traxomatoz müəssisələrin təşkil edilməsi, ümumi tibbi şəbəkənin traxoma ilə mübarizə aparması, göz həkimlərinin hazırlanması və ixtisasının təkmilləşdirilməsi, əhalinin kütləvi müayinədən keçirilməsi və sanitar-profilaktika tədbirlərinin aparılması, aşkar olunan xəstələrin, lazım gələrsə, hətta məcburi surətdə müalicəyə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Bundan sonra Naxçıvanda traxomanın əsas ocaqları olan Nehrəm və Yaycı kəndlərində professor Sona xanım Vəlixanm rəhbərliyi ilə ixtisaslı mütəxəssislər müayinələr aparmış və müntəzəm müalicə tədbirləri həyata keçirmişlər.
Arxiv sənədlərinə görə, 1937-ci ilin may ayında “Respublikada uşaqlara stasionar yardımın vəziyyəti haqqında” məsələ müzakirə edilmiş və bütün rayon xəstəxanalarında 3-dən 15 çarpayıyadək uşaq stasionarları açmaq tövsiyə edilmişdir. Məhz bunun nəticəsidir ki, 1938-ci ildə Naxçıvan şəhərində uşaq xəstəxanası açılmışdır.
Həmin ilin axırlarında Xalq Komissarları Soveti respublikada vərəmlə mübarizə barədə də qərar qəbul etmişdir. Həmin qərarda aşkar edilən bütün vərəmli xəstələrin mütləq qeydiyyata alınması, xəstəliyin erkən aşkarlanması, yataqxanalarda, məktəblərdə, sənaye müəssisələrində vaxtaşırı müayinələrin aparılması, bütün xəstəxanalarda vərəmli xəstələr üçün təcrid edilmiş palataların təşkil olunması irəli sürülmüşdür.
1937-ci ilin iyun ayında isə Xalq Komissarları Soveti “Keçəlliklə mübarizə tədbirləri haqqında” qərar qəbul etməli olmuşdur. Bu qərardan sonra rentgen qurğusu olan stasionarlar təşkil edilmişdir. Bundan sonra əvvəllər müalicə üçün Naxçıvandan Yerevana göndərilən keçəllərin müayinə və müalicələri muxtar respublikanın özündə aparılmışdır. Bu işdə həkim Şamil Sadıqovun xüsusi xidmətləri olmuşdur.
O dövrdə Əbrəqunus və Şahbuz bölgələrində skarlatina xəstəliyi geniş yayıldığından bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilmişdir. Hər iki bölgədə skarlatinoz təcridxanaları quraşdırılıb işə salınmışdır.
Naxçıvan şəhərində Təcili yardım stansiyası da 1937-ci ildə təşkil edilmişdir. Həm də burada yeni iş metodu tətbiq olunmuşdur. Belə ki, təcili yardım stansiyasında xüsusi vərəqə ilə çağırışa gedənlər iş stajından, həkim və ya orta tibb işçisi olmasından asılı olmayaraq, fərqli əmək haqqı almışlar. Bu da onları daha yaxşı işləməyə həvəsləndirmişdir.
Əvvəlki illərdə olduğu kimi, 1938-ci ildə də səhiyyə dövlətin diqqət mərkəzində olmuşdur. Bunu 1938-ci ilin aprel ayında Xalq Komissarları Sovetinin qəbul etdiyi “Kənd həkim sahələrinin möhkəmləndirilməsi haqqında” qərardan da aydın görmək olar. Həmin qərar kənd səhiyyəsinin gələcək inkişafı və möhkəmləndirilməsi yolunda yeni mərhələ olmuşdur. Kənd səhiyyə bazalarının və kənd həkim sahələrinin möhkəmləndirilməsi şəhər və kənd yerlərində malyariya, traxoma, vərəm və başqa yoluxucu xəstəliklərə qarşı müalicə tədbirlərini sürətləndirməyə geniş imkan yaratmışdır. Elə bunun nəticəsidir ki, həmin dövrdə bir-birinin ardınca yeni ixtisaslaşmış dispanserlər, stasionarlar yaranmış və dispanser müşahidə, müalicə metodları geniş vüsət almışdır.
1938-ci ilin sentyabrında Xalq Komissarları Soveti əhalidə məcburi çiçək peyvəndi aparılması, peyvəndə nəzarət haqqında da qərar qəbul etmişdir. Həmin qərarda Naxçıvan ərazisində yaşayan bütün şəxslərə həyatlarının ilk illərində vaksinasiya, 4-5 yaşında birinci revaksinasiya, 10-11 yaşında ikinci revaksinasiya və üçüncü revaksinasiya, qadınlarda isə 19-20 yaşlarında belə revaksinasiya aparılması göstərilir.
Arxiv sənədlərində qeyd edilir ki, 1939-cu ilin mart ayında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında kütləvi qızılca xəstəliyi yayıldığı üçün mövcud qızılca təcridxanasını genişləndirmək məsələsi ortaya çıxmışdır. Ona görə traxoma dispanserinin binasında 60 çarpayılıq təcridxana təşkil edilmiş, uşaq. xəstəxanasının təcridxanası da bu istiqamətə yönəldilmişdir.
Sənədlərdə Naxçıvan və Əbrəqunus rayonlannda səpgili yatalaq qeydə alındığı üçün 31 yanvar 1940-cı ildə Xalq Komissarları Sovetində Naxçıvan MSSR-də səpgili yatalağa qarşı tədbirlər barədə məsələ müzakirə olunduğu da vurğulanır. Xalq Səhiyyə Komissarlığına təcili surətdə sanitar-epidemioloji briqada təşkil edib Naxçıvan və Əbrəqunus rayonlarına göndərmək, Əbrəqunusda və Naxçıvan rayonunun səpgili yatalaq qeydə alman kəndlərində, eləcə də ona qonşu kəndlərdə həyətyanı sanitar-epidemioloji yoxlamalar həyata keçirmək, xəstəlik olan kəndlərdə tam sanitar-təmizləmə işləri aparmaq, həmin kəndlərdə təcili surətdə müvəqqəti fəaliyyət göstərən hamamlar tikmək, Əbrəqunus rayonunda həkim olmadığına görə 2 nəfər həkimi daimi işləmək üçün həmin rayona göndərmək, bütün yaşayış məntəqələrində sanitar-epidemioloji müayinələr keçirilməsini təşkil etmək, səpgili yatalağın yayılmaq ehtimalı olan kəndləri, xüsusən Aşağı və Yuxarı Remeşin, eləcə də Badamlı kəndlərini daim nəzarətdə saxlamaq tapşırıldığı qeyd’ edilir.
Arxiv sənədlərində 1940-cı ildə Naxçıvanda xəstəxana və dispanserlərin tərkibinə daxil olan bütün uşaq məsləhətxanalarının sərbəst müəssisəyə çevrildiyi, uşaq müəssisələrində sağlam və xəstə uşaqların qəbulu üçün ayrıca otaqlar təşkil olunduğu, patronaj tibb bacılarının sayının artırıldığı, qarın yatalağı, paratif və dizenteriyaya qarşı məcburi profilaktik peyvənd aparıldığı da göstərilir. Bir sözlə, həmin dövrdə muxtar respublikada yoluxucu xəstəliklərə qarşı ciddi mübarizə aparılmış, hətta bununla əlaqədar 1942-ci ilin əvvəllərində Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığı və onun yerli orqanları yanmda epidemiyaya qarşı fövqəladə komissiyalar da yarar dılmışdır. Bu komissiyalar yerlərdə epidemiyaya qarşı mübarizəni təşkil etmiş və yaşayış məntəqələrində, iaşə, kommunal təsərrüfatı və sənaye müəssisələrində, uşaq tərbiyə ocaqlarında sanitariya qaydalarının gözlənilməsinə nəzarəti gücləndirmiş, sanitar fəallarının işini əlaqələndirmişdir. Həmin işlərin həyata keçirilməsində Qırmızı Aypara Cəmiyyəti xüsusi fəallıq göstərmişdir.