Həkim “allah”ların muzeyi: Tüpürcəklə müalicə, “baby box”, “kor” ginekoloq - REPORTAJ + FOTO

https://oxu.az/society/757755

Müxtəlif sahələrdə, xüsusilə təbabətdə iz qoyan şəxsiyyətlər, müəyyən nailiyyətlər barədə məlumatları, əsasən, internetdən axtarmağa öyrəşmişik. Bəzən bu ümumdünya şəbəkəsinin imkanları da məhdud olur, istədiyimizi əldə edə bilmirik. Ölkə səhiyyəsi ilə bağlı internetdəki bu boşluğu isə Azərbaycan Təbabəti Muzeyinin bazasının köməyi ilə qarşılaya bilərik – çünki burada səhiyyəmizin inkişaf tarixi, tibb işçilərimiz, onların fəaliyyəti haqqında məlumatlar, habelə onların Vətən və dünya elmindəki nailiyyətləri arxivləşdirilib.