Zərifə Əliyeva 100

Bu gün Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür. Akademik Zərifə Əliyevanın ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat dərsidir.

Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə konsert olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva konsertdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla çay süfrəsi arxasında söhbət ediblər.

İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.