Xocalının Qəhrəman Həkimləri
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər ƏLİYEV
Fransız jurnalisti Jan-İv Yunet Xocalı hadisələri haqqında belə yazıb: “Biz Xocalı faciəsinin şahidi olduq. Öldürülmüş yüzlərlə adamın – qadınların, uşaqların, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bu, çox dəhşətli vəziyyət idi. Mən müharibələr haqqında çox eşitmişəm, o cümlədən, alman faşistlərinin zülmkarlığı haqqında. Amma Xocalıdakı qəddarlıq bütün müharibələrdə olan faciələrin hamısını ötmüşdü. Onlar 5-6 yaşlı uşaqlan, qocalan, qadınlan vəhşicəsinə öldürmüş, yandırmış, gözlərini çıxartmış, başlarını kəsmişdilər. Biz öz gözümüzlə Xocalı faciəsində çoxlu yaralılar gördük. Həmin yaralılar xəstəxanalarda, uşaq bağçalannda, məktəblərdə yerləşdirilmişdi”.
1992-ci il fevralın 25-dən 26- na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində dislokasiya olunmuş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb. Az bir vaxt ərzində şəhərdə yanğm baş verib, o tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan olub. Şəhəri tərk etməyə məcbur qalan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutub. Beləliklə, soyuq, qarlı fevral gecəsində bir çoxları erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olub…
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırım idi. Xocalı faciəsində öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Səkkiz ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib – diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, hamilə qaaınıa- rın qarınları süngü ilə yarılıb. Ermənilər hətta meyitləri də təhqir etmişdilər. Ermənilərin belə vəhşiliyindən xəbərdar olan beş yaşlı uşaq – Xocalının yerli həkimi Malik İsmayılovun qızı atasına belə demişdi: “Ata, əgər başlasa, əvvəlcə sən anamla məni öldür, soma isə özün…”. Faciənin ilk günlərindən mart ayına qədər yaralanmış əhaliyə təcili tibbi yardım göstərənlərdən Xocalı Şəhər Xəstəxanasının baş həkimi Eldəniz Allahverdiyev və Xocalı milli özünümüdafiə batalyonunun həkimi Məhəmməd Nağıyev haqqında söz açmaq istərdik. E.Allahverdiyev tikilməkdə olan Xocalı Şəhər Xəstəxanasına 1990-cı ildən öz xahişi ilə baş həkim təyin olunub. Fevral hadisələri zamanı ağır cəbhə şəraitində həkimlik borcunu yerinə yetirərək, yaralılara tibbi yardım göstərib. Azərbaycanla Ermənistan arasında gedən müharibədə qəhrəmanlığına,əhaliyə vaxtında tibbi yardım göstərilməsində fərqləndiyinə görə Eldəniz Allahverdiyevə “Azərbaycanın Əməkdar həkimi” fəxri adı verilib.