Cahangir Məhəmməd oğlu Abdullayev
Cahangir Məhəmməd oğlu Abdullayev – Bu ad çəkiləndə göz önündə Azərbaycanda tibb elminin inkişafında misilsiz xidmətləri olan dünya şöhrətli bir alimin, bir pedaqoqun, özündən sonra böyük bir məktəb qoyan, respublikada kardioloqlar məktəbinin yaradıcısı canlanır
May ayının 1-də bu böyük insanın, tanınmış aliminin anadan olan günüdür. C. Abdullayev 1901-ci ilin may ayının 1-də Gəncə şəhərində usta ailəsində anadan olmuşdur. Hələ uşaq yaşlarından nadir qavrama və çox çevik düşünmə qabiliyyətinə malik olan Cahangir 1920-ci ildə Gəncədə klassik gimnaziyanı, 1925-ci ildə isə Bakıda Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini müvəffəqiyyətlə başa çatdırmışdır.
Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini yüksək göstəricilərlə bitirmiş gənc Çahangir 1926-cı ildə təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə, tanınmış terapevt, kardioloq, akademik G.Lanqın rəhbərlik etdiyi məhşur klinikaya göndərilir. Leninqrad şəhərində C.Abdullayev G.Lanqın rəhbərliyi altında 1932-ci ilə qədər işləmiş, elmi biliklərə, klinik erudisiyaya və ən yeni əməli vərdişlərə yiyələnmişdir. Leninqradda olduğu illərdə C. Abdullayevin ürək-damar sistemi xəstəlikləri zamanı orqanizmdə fizioloji və patoloji şəraitdə baş verən dəyişiklikləri çox ətraflı və dərinliklə öyrənməsi, onun gələcəkdə qüdrətli bir alim olacağından xəbər verirdi.
1932rci ildə C. Abdullayev Leninqrad şəhərindən Azərbaycana qayıdır və Tibb İnstitutunun hospital terapiyası kafedrasına dosent vəzifəsinə seçilir. A.N.Semaşko adına 1 saylı klinik xəstəxanada yerləşən Azərbaycan Tibb İnstitutunun 1920-ci ildən fəaliyyət göstərən hospital terapiya kafedrasında o vaxtın məhşun professorlarından şayılan A.Levin, P.Mezernitski, N.Afonski ilə birlikdə Respublikamız üçün yüksək ixtisaslı həkim kadrların hazırlanmasında, müvafiq dövrün tələblərindən irəli gələn elmi- tədqidat işlərinin və rasional müalicə-profelaktika tədbirlərinin həyata keçirilməsində, çox fəal iştirak etmişdir. C.Abdullayevin kafedraya gəlməsi ilə o zamanlar ölkədə geniş yayılmış infeksiya mənşəli xəstəliklər və xüsusilə də malyariya üzrə elmi-tədqiqat işləri, kurortologiya, alimentar distrofiya, qanyaradıcı sistemi və qan dövranı patologiyası, revmatizm, mədə-bağırsaq traktına aid problem məsələləri əhatə edən tədbirlərin həyata keçirilməsində böyük canlanma yaranmışdı. O, 1936-cı ildə “Malyariyalı xəstələrdə ürək- qan damar sistemi patologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bundan sonra hospital terapiyası kafedrasının professoru, 1942-ci ildən isə həmin kafedranın müdiri vəzifəsinə seçildi.
Azərbaycanda kardiologiyanın təşkili və inkişafı ardıcıl tədqiqatçı və novator alim, tibb sahəsində dünya ədəbiyyatından aldığı geniş informasiyaya istinad edən müdrik insan Ç.Abdullayevin adı ilə bağlıdır.
Akademik C.Abdullayev respublikamızda ilk dəfə elektrokardioqrafiyadan istifadə etmiş və özü həkimlərin təcrübə işlərinə qoşmuşdur. O, ürək-qan damar sistemi xəstəliklərinin etiologiyasına, patogenezinə, klinika və müalicəsinə, profilaktik tədbirlərin işlənib hazırlanmasına, hemokoaqulyasiya və hemodinamika məsələlərinə, quruda və dənizdə neftin çıxarılması işinin tibbi problemlərinə, əhalinin kardioloji yardımla təminatına və təxirəsalınmaz kardioloji yardımın təşkilinə daim xüsusi diqqət yetirmişdir. C.Abdullayev elmi-tədqiqatların əsasən üç istiqamətdə aparmışdır: ürək-damar sisteminin patologiyası; yerli patologiya; neftdə olan sulu karbonların neft emalı sənayesi işçilərinin ürək-damar sisteminə təsiri. 1928-ci ildə artıq ürək dərmanlarının (di- gitalis, strofantin) koronar qan dövranına təsirini araşdırmaq məqsədilə klinik və eksperimental tədqiqatlar aparılmağa başlanmışdır. Dərin biliyə, çox geniş erudisiyaya və tükənməz enerjiyə ma lik olması, ona Azərbaycan və rus dillərində ondan çox dərslik, monoqrafiya yazmağa imkan verilmişdir. Müəllifin “Ürək-qan damar sistemi xəstəliklərinin diaqnostikası”, “Kardiologiya məsələləri”, “Daxili xəstəliklər”, “Qan dövranı və qan sisteminin patoloji məsələləri”, “Ateroskleroz və hipertoniya xəstəlikləri” kimi çox dərin məzmunlu kitabları tibb elminə verdiyi əhəmiyyətli töhfələrdir.
İkinci dünya müharibəsi zamanı C.Abdullayev Bakı şəhərinin Semaşko adına klinik xəstəxananın rəhbəri olmaqla yanaşı, həmin dövrdə bu xəstəxanada yerləşmiş 3687 saylı hərbi evakohospitalı da idarə etmişdir.
Akademik C.Abdullayev Azərbaycan Tibb İnstitutundakı intensiv elmi və pedaqoji fəaliyyətindən başqa, xeyli müddət ərzində Elmi-Tədqiqat Qanköçürmə İnstitutunun klinik bölməsinə də yüksək səviyyədə rəhbərlik etmişdir. Onun tarixi xidmətlərindən biri də odur ki, 1960-cı ildən Bakıda Elmi-Tədqiqat Eksperimental Klinik İnstitutunun nəzdində klinik kardiolooiva bölməsinin yaradıcısı olmuşdur. Məhz burada böyük alimin rəhbərliyi altında yüksək ixtisaslı həkim-kardioloqlar hazırlanırdı.
C.Abdullayev Azərbaycanda respublikadan xaricdə tanınan kardioloqlar məktəbinin yaranmasında xüsusi xidmətlərə malikdir. Onun rəhbərliyi altında 46 elmlər namizədi, 14 elmlər doktoru hazırlanmışdır.
1930-cu ildə Azərbaycan Tibb Cəmiyyəti (ATC) yaradılmışdır. 1964-cü ildə isə müstəqil olaraq respublikada Azərbaycan Terapevtlər Cəmiyyəti təşkil olunmuşdur. Cahangir Abdullayev əvvəl Tibbi Cəmiyyətinin, sonralar isə Terapevtlər Cəmiyyətinin ilk sədri seçilmişdir. O, “Azərbaycan Tibb Jurnalı”nın redaksiya şurasının, SSRİ Kardiologiya Cəmiyyətinin,! Beynəlxalq Terapevtlər və Hematoloqları Assosiasiyasının üzvü, Böyük Tibb Ensiklopediyasının kardiologiya bölməsi üzrə redaktoru kimi çox məhsuldar elmi fəaliyyət göstərmişdir.
1959-cu ildə C. Abdullayev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1969- cu ildə isə həqiqi üzvü seçilmişdir.
Elmdə çox böyük nailiyyətlər əldə edən, dünya miqyasında tanınmış akademik C.Abdullayev Vətən qarşısında xidmətlərinə görə bir çox orden və medallarla, habelə Fəxri Fərmanlarla təltif edilmiş və Azərbaycanda kardiologiyanın banisi kimi onun əziz xatirəsi Elmi-Tədqiqat Kardiologiya İnstitutuna adının verilməsi ilə əbədiləşdirilmişdir.
Müasirləri C.Abdullayevi istedadlı, yorulmaz alim, çox səmimi, prinsipial və qayğıkeş insan kimi tanıyırdılar. O Azərbaycan xalqının xatirəsində böyük bir şəxsiyyət kimi yaşayır.
Hazırda Azərbaycan Təbabəti Muzeyinin 7 zalında stend və vitrinlərində görkəmli alim C. Abdullayevin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.