
Məmmədəmin Mustafa oğlu Əfəndiyev
Bu il Azərbaycan tibb elminin görkəmlı nümayəndələrindən biri, taninmış həkim alim ,və bir neçə nəsil tibb kadarlarının hazırlamasında böyük rolu olmuş Məmmədəmin Mustafa oğlu Əfəndiyev. O, əsl xeyirxah, humanist, və vətənpərvər ziyalı kimi həmvətərlərinin xoşbəxtliyini düşünmüş, onların sağlamlığı yolunda omrü boyu yorulmadan çalışmışdır.
M.M.Əfəndiyev dövrünün ilk azərbaycanlı professor-terapevtlərindəndi. O, həm də ilk milli həkim-alimdir ki, daxili xəstəliklərin propideptikası üzrə Azərbaycan dilində mühazirələr oxumuş və bir neçə dərs kitabı, vəssaiti yazmışdır.
Mütərəqqi rus-avropa elmini və şərq-müsəlman kübarlığını özündə birləşdirən M.M.Əfəndiyev böyük tədqiqatçı-alim və mahir klinist olmaqla yanaşı gözəl mühazirəçi idi. Hələ gənc yaşlarında oxuduğu mühazirələr istər tələbələr və istərsədə peşəkar həkimlər tərəfindən çox maqarla qarşılanırdı. Tədrisinin çox maraqli cəhətlərindən biri də o idi ki, hər bir xəstəliyin regionar cəhətlərini, xəstələrin milli etnik psixologiyasını səciyyəndirilməyi bacarırdi; həmişə qeyd edirdi ki xəstələrin müalicəsində, diaqnostikasinda və müaniyyəsində bunların əhamiyyəti var.
Azərbaycanın ilk həkim pleyadasına məxsus M.Ə. Əfəndiyev 1897-ci ildə sentyabrn 28 –də qədim Şamaxı şəhərində anadan olmuşdu. Burada realnı məktəbdə təhsil alan gənc Məmməd Əmin dünyagörüşünün formalaşmasında və gələcəkdə vətənpərvər ziyalı kimi yetişməsində müəllimləri – Məşhur Azərbaycan şairi Abbas Sahhət, ictimayi xadim H.İ. Veysov, habelə M.Ə. Sabir, Ağaəli Nəsir, Məmməd Tərrah , Məhəmməd Hadi tarixi şəhsiyyətlərlə dosrluq edən dayısı Əbdülrəhman Tofoqin böyük təsiri olmuşdur.
Realnı məktəbi bitirdikdən sonra Petroqrad Eletrotyexnika İnstitutuna qəbul olunan Məmməd Əmin burada baş verən siyasi hadisələr və ailə vəziyyəti ilə əlaqədar inqlablar şəhərində təhsilini davam erdirə bilməmiş, Bakiya qayıdıb iki il müəllimliklə və ərəb- farscadan tərcüməliklə məşğul olmuşdur. 1919- cu ildə Bakida açilan ilk universitetinin tibb fakültəsinə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirdikdən sonra onu hospiralterapiya klinikasına işləməyə dəvət etmişlər. Həmin vaxtdan da ömrünün sonuna kimi -65 il ərizində M.Ə. Əfəndiyev Azərbaycan Tibb İnstitutunun klinikalarında fəaliyyət göstərmişdir.
O dövrdə respublikamızda elmi kadarlar olmadığından yenicə təşkil olunmuş kafedralara Moskvadan göndərilmiş P.Q. Mezernitski, sonralar İ.Q. Uşinskiy və N.P. Afonskiy rehbərliyi altında işləmişdir.
O, 1929-cü ildə diaqnostika kafedrasının assistent, bir ildən sonra isə ölkə patologiyası kafedrasında dosent təyin edilmişdir. O zaman kafedra Tropik İnstitutun bazasında idi. Eyni zamanda M.Ə. Əfəndiyev həmin instituta beş il rəhbərlik edib.
1934-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycanın İstisu mineral suyunun tədqiqinə və orqanizmə müalicəvi təsirinin öyrənilməsinə həsr edilmişdir.
1936-cı ildə Azərbaycan Tibb İnstitutunun daxili xəstəliklər kafedrasının professoru seçilən M.Ə. Əfəndiyev 1938-1941 ci illlərdə eyni zamanda Azərbaycan həkimləri təkmilləşdirmə institutunun tədris işləri üzrə prorektoru, 1939-cü ildə isə həmin institutunun direktoru vəzifəsinin icraçısı olmusdur.
1941 ci ildə faşıst Almaniyası ilə müharibənin ilk günlərindən səfərbərliyə alınmış və 1944 cü ilə qədər həkim kimi orduda xidmət etmişdir. Cəbhədən qayıtdıqdan sonra Azərbaycan Tibb İnstitutunun 1 Daxili xəstəliklərin propideptikası kafedrasının müdiri seçilmiş , 40 ildən artıq bu vəzifədə çalışmışdır.
M.Ə. Əfəndiyev 1946-1948 ci illərdə eyni zamanda respublika Elmlər Akademiyasının Eksperemental Təbabət İnstitutunun klinik bölməsinə rəhbərlik etmışdir.
Dərin ensiklopedik biliyə malik alim tibb elminin və səhiyyənin müxtəlif sahələrində böyük elmi- prakteki fəaliyyət göstərmişdir. 30-cü illərdə Azərbaycanda tüğyan edən malyariya, qurd xəstəliklərinə və digər tropik – pazazit xəstəliklərinə qarşı mübarizə tibbi və sosial problem kimi dövlət səviyyəsində qaldırılmışdı. Gənc alim külli miqdarda nəzəti məlumat toplamaqdan sonra pespublikanın rayonlarına ekspedisiyalar təşkil etmiş, yerlərdə ( Lənkəranda, Massalıda Cəlilabatda, Sırvanda, Evlaxda, Bərdədə, Gəncədə, Şamaxıda) xəstələrin müayinə və müalicəsinə təşkilatçısı və rəhbəri olmuşdur. Bütün bunlari elmi nəticəsi kimi professor M.Ə. Əfəndiyev və yetirmələrinin külli miqdarda elmi məqalələri və monoqrafiyaları, praktiki işlərə dair vəsaitləri meydana gəlmişdir.
Professor M.Ə. Əfəndiyev praktiki və elmi fəaliyyətinin ən böyük rolu kurortologiya sahəsinə aiddir. İstisu, Naftalan, Şuşa, Darıdağ, Sirab, Badamlı, Suraxanı kimi yerlərin təbiyi amillərinin fiziki- kimyavi xassələrini və tibbi təsirlərini tədqiq edən alim həm də kurort tikintisində feal iştrak etmişdir. 1932 ci ildə SSRİ Plan Komitəsində Azərbaycanda kurort tikintisi məsələsinin müzakirəsi zamanı məhz M.Ə. Əfəndiyev məruzəçi kimi cıxış etmiş, bir sıra kurotların ümümittifaq əhəmiyyəti malik olduğunu sübüt etmiş və tikintisinin genişləndirilməsini əsaslandırmışdır. Buna görə də o haqlı olaraq kuroltologiyanın banislərindən biri hesab edilir.
Ərəb və fars dillərini mükəmməl bilən alim qədim əlyazmalar üzərində ciddi araşdırmalar aparmış, Nizami, Fizuli, Xaqani və digər klassiklərinin yaradlcılığına müraciət edərək qiymətli tarixi məlumatlar toplamışdır. Nəticədə 22 böyük azərbaycanlı alim haqqında mənbələr yaratmışdır. Bunlardan Müzhəddin Əli İbn Əhməd Təbrizini (XII əsr),Mahmud Şirvanini(XYəsr), Şükür Şirvanini(XYəsr) və başqalarını göstərmək olar.
M.Ə. Əfəndiyev çoxsahəli elmi-praktiki fəaliyyətinin digər vaçib sahələrindən biri fəhlələr xüsusən neftçilər apasında peşə xəstəliklərinin, ürək-damar sistemi patologiyasının və respublikanın dərman ehtiyatlarının öyrənilməsi olmuşdur.
Böyük tətqiqaçı alim hələ gənc yaşlarından Azərbaycanda dövri tibbi mətbuatın inkişafrında müəyyən işlər görüb.1932 -1937 ci ilərdə “Azərbaycan Tibbi”jurnalının məsul katibi işləmişdir. 1956 cı illdə o, Ümümittifaq” Klinki Təbabət” jurnalının redaksiya şurasının üzvü seçilmişdir. Uzun müddət Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri seçilən M.Ə. Əfəndiyev həm də terapevtlərin və kardialoqların Ümümittifaq cəmiyyətlərin idarə heyətinin üzvü idi.
Geniş dünyagörüşünə və edudisiyaya malik olan, biblioqrafiya işini gözəl bilən M.Ə. Əfəndiyev respublika Elmi-Tibbi kitabxanasının təşkilatçılarından biridir.
Onun xidmətləri hökümət tərəfindən layiqincə qiymətləndirilərək , Lenin ordeni, SSRİ medalları və nişanları, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə qeyd edilmişdir. Elmi sahəsində geniş fəaliyyətinə görə 1957 ci ildə əmakdar elm xadimi adını almışdı.
Öz həyat və yaradıcılığı ilə milli ziyalığımızın bariz nümüməsi olan böyük təbib mahir bir pedaqoq kimi tələbələrinin – gənc həkimlərin proffessional və mənəvi kamilliyinə də xüsüsi əhəmiyyət verirdi. Onun nəzərincə, həkim ən əvvəl ziyalı bir vətandaş olmalıdır. Müalicələrini dərman acılığına bayatı şirinliyini qatan alim belə hesab edirdi ki, sağlamlığını itirmiş xəstənin şəfalanmaq inamının əsasını həkim söhbətinin məlhəmliyi, həkim təmasının mərhəmliyi və həkimin əhlaqının təmizliyi təşkil edir.
Azərbaycan Təbabəti Muzeyinin qarşısına qoyulan əsas vəzifələrdən biri də ölkəmizin tibb elminin və səhiyyəsinin inkişafında xidmətləri olmuş görkəmli həkim və alimlərimizin fəaliyyətini indiki nəslimizə çatdırmaqdır.
Bakı şəhərinin professor M.Ə. Əfəndiyevin adını daşiyan 2 saylı Şəhər Kliniki Xəstəxanasında Azərbaycan Təbabəti Muzeyi sərqi təşkil etmiş, görkəmli alim M.Ə. Əfəndiyevin həyat və fəaliyyətini əks etdirən foto sərqisini sentyabr və oktyabr aylarında nümayiş olunmuşdur.