Mustafa Hacıqasımov

XIX yüzilliyin sonu XX əsrin əwələrində Rusiyanm müxtəlif ali təhsil ocaqlarında təhsil alan, daha sonra Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayan həkimlərimiz az olmamışdır, onlardan M. Mirqasımov, görkəmli cərrah M. Topçubaşov, Ə.Qarayev və başqaları bu qəbildəndir. Belələrindən biri də Hacıqasımov Mustafa Mahmud oğlu olmuşdur. M. Hacıqasımov yüksək ixtisaslı mütəxəssis, Azərbaycanda akuşer-ginekoloji xidmətin təşkilatçılarından biridir. Onu da qeyd edək ki, XX yüzilliyin əvvəllərində respublikada akuşer-ginekologiya üzrə 6 mütəxəssis olmuşdur. Onlardan yalnız biri azərbaycanlı olmuşdur. Bu, Mustafa Hacıqasımov idi.

Mustafa Hacıqasımov 12 iyun 1883-cü ildə Ağstafada anadan olmuşdur. 1904-cü ildə Tiflis I gimnaziyasın bitirmiş və Xarkov Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Bir çox mənbələrdə onun Hacı Zeynalabdin Tağıyevin təqaüdü ilə oxuduğu göstərilir. 1910-cu ildə ali təhsilini başa vuran Mustafa 1914-cü ilədək Xarkov Universitetinin akuşer-ginekologiya klinikasmda işləyir. I Dünya müharibəsi dövründə – 1914-1917-ci illərdə Xarkov Tibb Cəmiyyətinin şəhər hospitalının baş ordinatoru işləyir. 1917-1918-ci illərdə cərrahiyyə hospitalnın  baş həkimi olmuşdur.

Bakıya qayıdan Hacıqasımov 1919-cu ildən 1938-ci ilədək Əzizbəyov adına xəstəxananın ginekologiya şöbəsinin müdiri olur. Eyni zamanda akuşer kurslarına rəhbərlik edir. 1927-1938-ci illərdə doğum evinin direktoru vəzifəsində çalışır. Onun xəstəxanada işlədiyi müddətdə çarpayıların sayı 24-dən 400-ə çatdırılmış, başçılığı ilə 1938-ci ilədək 6000 əməliyyat aparılmışdır. Xəstəxana Azərbaycan Tibb Universitetinin kadr hazırlıgı üzrə bazasına çevrilmişdir. M. Hacıqasımov doğum evi ilə bərabər Azərbaycan Tibb Universitetinin akuşer- ginekologiya klinikasında da çalışmışdır.

Hacıqasımov nəinki Azərbaycanda, keçmiş ittifaqın bir sıra respublikalarında tanınan həkimlərdən olmuşdur. 1931-ci ildə Berlində nəşr olunan jurnalların birində onun məqaləsi dərc olunmuşdur. Elmi- tədqiqat və həkimlik fəaliyyəti ilə yanaşı o həm də xalq arasında böyük hörmətə malik olmuşdur. O, Azərbaycan SSR Ali Soveti MK-nin 1,11 və III çağırış deputatı olmuşdur. Tibb elmləri doktoru, professor Hacıqasımov Respublikanın Əməkdar həkimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür.

Azərbaycan Təbabəti Muzeyinin fondunda M. Hacıqasımova dair sənədləri araşdırarkən bir deputat kimi xalqına göstərdiyi xidmətləri əks etdirən məlumatlarla rastlaşırıq. Həmçinin, ona ünvanlanan məktublardan aydın olur ki, yetirmələri müəllimlərini daima yad etmiş, onunla sıx təmasda olmuşlar. Tanınmış həkimlərdən biri olan Odenov Hacıqasımova ünvanladığı məktubda onu uzun illər ərzində Azərbaycan xalqına misilsiz xidmətlər göstərən bir şəxs kimi qiymətləndirir. Odenovun professora olan arzusu belə olmuşdur: “…xalqın xoşbəxtliyi üçün sizə can sağlığı və uzun ömür arzulayıram”. Bəli, M. Hacıqasımovun fəaliyyətini nəzərdən keçirərkən biz onun xalqın xoşbətliyi uğrunda çalışanlardan biri olduğunu görürük.

Xalqının sağlamlığı yolunda çalışan, Azərbaycanda akuşer- ginekologiya üzrə ilk milli kadrlardan biri olan M. Hacıqasımovun adı yaddaşlarda əbədiləşdirilib. Belə ki, uzun illər fəaliyyət göstərdiyi Əzizbəyov adına 1 saylı doğum evi  sonralar onun adını daşıyırdı. . Minlərlə həkim onun rəhbərliyi altında insanlara sağlamlıq və yaradıcı əmək sevinci bəxş etməyi öyrənmişdir

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir