Mustafa Topçubaşov

M. Topçubaşovun musiqiyә olan sonsuz marağı onu dahi bəstəkar Ü.Hacıbәyov ilә yaxın dost etmişdi. Ü.Hacıbәyov onu «tәbabәtin filosofu vә bәstәkarı» adlandırırdı. Ü.Hacıbәyovun mәslәһәti ilә Topçubaşov bәzi cәrraһiyyә әmәliyyatlarını musiqinin müşayiәti ilә keçirmiş vә bunun olduqca faydalı olduğunu dәfәlәrlә qeyd etmişdi.

Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan Mustafa Topçubaşov 1885-ci ildə anadan olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının sədr müavini, SSRİ Elmlər Akademiyasının həqiqi, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Ali Sovetinin deputatı, alim-cərrah olub.
Topçubaşov 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub.
1919-cu ildə təhsilini başa çatdıran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib. 1920-1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator, 1923-1930-cu illərdə isə assistent vəzifələrində çalışıb. 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirib.
    M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – anelgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verildi.
     Müharibədən sonra professor M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə təyin edilir. 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilir. 1947-1949-cu illərdə Azərbaycan Respublikası Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır. 1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir. Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir.             O, 1953-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist    Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.

Azərbaycan Təbabəti Muzeyinin  7 zalında görkəmli alim Mustafa Topçubaşovun heyat ve fəaliyyətine  əks etdirən stend və vitrin nümayiş olunur.

    Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir.

                      Azərbaycan Təbabəti  Muzeyinin direktoru:   S.Əliyev

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir