Nəriman Nərimanov

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat “Hümmət” təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

Azərbaycan  Təbabəti Muzeyi keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu müalicəxanada görkəmli dövlət xadimi Nəriman Nəcəfqulu oğlu Nərimanov 1914-1917-ci illər arasında Həştərxan sürgünündən sonra həkim kimi fəaliyyət göstərmişdir.  Bunu muzeyin giriş hissəsində qranit baralyef üzərindəki xatirə lövhəsi bir daha təsdiq  edir.

Artıq 1917-ci ildə N.Nərimanov “Hümmət” Təşkilatı Mərkəzi Komitəsinin sədri və Bakı Komitəsinin üzvü, “Hümmət” qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.

N.Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir.

  1. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Görkəmli inqilabçı Lev Trotski Nərimanovun ölümü ilə bağlı demişdi: “Lenindən sonra Şərqin ən böyük ikinci itkisi.” Serqo Orconikidze isə Nərimanovu belə təsvir etmişdi: “Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi.”

 

N.Nərimanov 1902-ci ildə 32 yaşında Odessadakı Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə qəbul olmuş, 1908-ci ildə buranı bitirmişdir. 4-cü kursda oxuyarkən “Tibb və İslam” əsərini yazmışdır. Həştərxanda sürgündə olarkən ictimai-siyasi fəaliyyətlə yanaşı həkimliklə də məşğul olmuşdur. Həştərxan “Xalq Universitetləri Cəmiyyəti”nin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında “Şurayi — İslam” cəmiyyəti adından çıxış etmişdir. 1918-ci ildə Nərimanov Bakı şəhər təsərrüfatı komissarı kimi şəhərin sanitar vəziyyəti, eləcə də xəstəxanaların vəziyyəti ilə bağlı bir çox lazımı tədbirlər görmüşdür.

1914-cü ildən Nərimanov Bakının Qara şəhər rayonunda pulsuz müalicəxanasında işləmiş, neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə etmişdir. O, öz mənzilində də xəstələri pulsuz müalicə edirdi.

1909-cu ildən 1918-ci ilə qədər N.Nərimanov Həştərxanda və Bakıda “Xolera-vəba”, “Şaxotka-vərəm”, “Traxom”, “Qadınlar aləmi”, “Tibb və İslam”, “Əyyaşlıq” və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirmişdir.

N.Nərimanov hər mühazirədən sonra “Tibb və islam” kitabçasını yoxsul fəhlələr arasında yaymaq üçün pulsuz paylayırdı. (Bax: həmin illərdə Həştərxanda nəşr olunan “Burhani-tərəqqi”, “İdel”, “Astraxanskiy kray” və s. eləcə də Bakıda nəşr olunan “İqbal”, “Baku”, “Sədayi-həqq” və s qəzetlər) Bu elmi-kütləvi mühazirələr ən çox yayılan vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı təcili profilaktik tədbirlərin görülməsində böyük rol oynayırdı.

N.Nərimanov Qara şəhərdə işləməyə başlayandan sonra onun ilk yarımillik fəaliyyəti haqqında Bakı tibb-sanitariya bürosunun hesabatında göstərilirdi ki, doktor çox gərgin işləyir, qəbul vaxtını məhdudlaşdırmırdı. Bir gündə onun qəbuluna 50-dən 80-ə kimi xəstə gəlirdi və onlara hər cür tibbi yardım göstərilirdi. 1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul etmiş, 2441 nəfərə cərrahi yardım göstərmişdir. 9418 resept yazmışdır.[11]

N.Nərimanov çıxışlarının birində deyirdi: Həkimlərin xəstələrin qəbuluna vaxtı çox az qalır. Hər bir xəstəyə orta hesabla 2 dəqiqədən 3,5 dəqiqəyədək vaxt sərf edə bilirlər“.

Onun Moskvada- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyərkən Rusiya Qırmızı Xaç cəmiyyətinin sədri Z.Solovyevə və RSFSR Xalq səhiyyə komissarı N.A.Semaşkoya göndərdiyi məktublar bunu sübut edir. Həmin məktublarda o, Azərbaycan əhalisinin tibb və səhiyyə sahəsindəki ehtiyaclarından danışır və xahiş edir ki, Azərbaycanın cərrahiyyə, aptek alətləri, müxtəlif medikamentlər və xüsusi ilə həmin dövrdə çox ehtiyac duyulan malyariya əleyhinə kinə ilə təmin edilsin

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir