Tağı Şahbazi

“Görkəmli yazıçı şirin və incə hekayələr müəllifi, mənim əziz və mehriban dostum Tağı Şahbazi istər ədəbi yaradıcılıq, istərsə də ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan xalqına və onun mədəniyyətinə əvəzsiz xidmətlər göstərmişdir”.

Əziz Şərif

Dövlət Lomonosov adma Moskva

Universitetinin professoru

Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrindən olan Tağı Şahbazi Simurğ ədəbi təxəllüsünün daşıdığı mənaya uyğun olaraq mədəniyyət və maarif yolunda yorulmadan çalışıb. 

O, bədii-publisistik yaradıcılığı ilə yanaşı, fəal təşkilatçı kimi də tanınmış, xalqın maariflənməsi, elmi, səhiyyəsi yolunda var qüvvəsini əsirgəməmişdir.

Tağı Abbas oğlu Şahbazi 1892-ci il iyulun 2-də Bakıda anadan olub. İbtidai təhsilini mollaxanada alıb, 1902-1905-ci illərdə Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra, 1913-cü ildə Ukraynanın Xarkov Universitetinin tibb şöbəsinə daxil olur. Tələbəlik həyatı gərgin inqilabi hadisələr şəraitində keçir.

 “Hümmət” təşkilatının üzvü olan Tağı Şahbazi 1919-cu ildə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında “Hümmət” müsəlman bürosuna sədrlik edir. Eyni zamanda Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəaliyyət göstərir.

 

Sovetləşmədən sonra ümidli bir gələcəyə inanan T.Şahbazini SSRİ Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinə katib təyin edirlər. O, həmçinin Azərbaycan SSR Xalq Maarif komissarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, respublika Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-cı ildən 1929-cu ilədək isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ilk azərbaycanlı rektoru kimi tarixə düşür. Sonra Tibb İnstitutunda müəllim, 1930-1937-ci illərdə xalq səhiyyə komissarının müavini vəzifəsində çalışır və bu onun son iş yeri olur.

 

Tağı Şahbazi fəaliyyəti dövründə bir sıra taleyüklü qərarların qəbul olunmasına nail olur. Belə ki, 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə iki yerə bölünən (bir hissə Ermənistana verilir) Zəngəzur bölgəsinin Azərbaycanda qalan hissəsində inzibati idarə mərkəzinin yaradılması zərurəti meydana gəlir. İndiki Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alınır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan T.Şahbazi təşəbbüs göstərərək inzibati əraziyə Laçın adını təklif edir. 

 1930-cu ildə Laçına rayon statusu verilir.

 Tağı Şahbazi fəal ictimai-pedaqoji fəaliyyətlə yanaşı, “Simürğ” təxəllüsü ilə bədii yaradıcılığı ilə də dövrün ədəbi mənzərəsində görünməyə başlayır, publisistik yazılarla mətbuatda çıxış edir.

O, bədii yaradıcılığa gənc yaşlarından başlayıb. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı, mənəviyyat problemlərini təsvir edib. Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. «Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifi olmuşdur.

Yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan yazıçının “Quşlar kimi azadə”, “Südçü qız”, “Aclar”, “Haqsızlıq dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində real həyat hadisələri qələmə alınıb. Müəllif xalqın dünyagörüşünün formalaşması, maariflənməsi problemlərini özündə əks etdirən bu nümunələri sadə dildə oxuculara təqdim etmişdir. 

Tağı Şahbazi 1926-cı ildə onu Bakı Dövlət Universitetinə rektor təyin eldilər. Yalnız indi Milli kadr hazırlamaq fürsəti ələ rüsdü. İlk günlərdə çoxsaylı problemlərlə üzləşdi. _ mversitet açıldığı vaxtdan böhranlı illər yaşayırdı. Yeddi i n dərd-səri üst-üstə qalaqlanmışdı.

Digər xalqların (rus, yəhudi, erməni, ləzgi, gürcü…) ahlarının, elm adamlarının çoxluğu şəraitində milli kadr tamlığına keçmək incə siyasi gediş tələb edirdi. Bunu ığı Şahbazi bilməmiş olmazdı. Ancaq fikrində qəti idi. İL universitetin çoxmillətli kollektivi ilə ilk tanışlığında çəkinmədən və gur səslə demişdi: «Axı təkcə bir qəraı əmrlə türkləşdirmək olmaz». Fikrini daha dəqiqləşdirmək üçün çıxışına davam etm «…Türkləşmə, yəni bu və ya başqa fənni tədris et üçün münasib işçilər olduqda mümkün olar. Elə məsəl canı da ondadır ki, bizdə bu qüvvə yoxdur. Məhz ona görə də bizim qarşımızda duran başlıca məsələlərdən biriı türkləşdirmə ilə əlaqədar elmi kadrlar yetişdirməkdir».

Bununla belə, Tağı Şahbazi beynəlmiləlçiliyə m qoyan, millətlərarası ünsiyyətə və ondan faydalann dəyər verən alim-ziyalı idi. Universitetdə tədrisin keyfiyyətini yüksəltmək naminə hər şeyə, o cümle digər xalqların, ilk növbədə rus alim-pedaqoqlarır (N.Y. Narr, V. V. Bartold, İ. İ. Meşanin, A. N. Samoyl və s.) da istifadə edirdi. Hətta onları güzəştli şərtlərlə cəlb edirdi.

Tağı Şahbazi həmişə millətini təkləmək istəmə xalqlararası ünsiyyətə xüsusi önəm vermişdi. Rus dil gün üçün yox, sabah üçün də gərəklidi. Bu fikri də Şahbazi vaxtilə belə açıqlayıb: «Biz rus dilini öyrənməliyik. Çünki bu, tələbələrə elmi mərkəzləri kitab və tədris vəsaitlərindən istifadə etmək  üçun lazımdı».

Tağı Şahbazi «təşkilatçılıq məktəbinin» hələ gənc yaşlarından müdavimi idi. Rusiyada oxuduğu və işlə illər ona çox şey vermişdi. Odur ki, universiteti milliləşdirməkdə kəmiyyətlə bərabər keyfiyyət gösı cisini də diqqət mərkəzində saxlayırdı. Təşəbbüslər əksəriyyəti yerini alırdı. Elə bu ərəfədə universit Azərbaycan Dövlət Universiteti adlandırılması baş tutdı ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Adı almaq şərt deyil, onu qorumaq lazım idi. Bö elmi şuranın, elmi cəmiyyətlərin fəaliyyəti bir c canlandırıldı. Onların elmi potensialını artırmaq məqsə müxtəlif ixtisaslı elm sahibləri yaşlı-cavanlı universi dəvət olundu: professor C. A. Kazımov, prof. E.BÇobanzadə, dos. B. A. Həsənzadə, dos. C. Nağıyev, dos. B. B. Həsənbəyov, dos. B. A. Talıblı, dos. R. M. Məlikov, ali rəhsillilərdən A. Z. Vəzirzadə, H. Ə. Dadaşov, F. Ə. Rzabəyli, Ə. Ə. Haqverdiyev, H. B. Şaxtaxtinski, J. A. Axundzadə, V. M. Xuluflu… həm tədris işinə, həm də elmi tədqiqat sahəsinə əməkdaşlığa qoşuldular.

O, əhalinin səhiyyə-sağlamlıq məsələləri bir köynək də yaxın idi. Vəziyyətdən söz açmağa dəyməzdi. Səbəbsə çoxdu. Ən vacibi kadr qıtlığı idi. Əksər bölgələrdə nəinki həkim, heç orta tibb işçisi çatmırdı.

Səhiyyəyə kadr hazırlığı universitetin tibbi-bioloji fakültəsində həyata keçirilirdi. Vacibliyindən başqa, T. Şahbazinin fakültənin fəaliyyətini canlandırmağa əlavə imkanları da vardı. O, vaxtilə özü ilə birgə, paralel, yaxud bir az da gec, bir az tez Rusiya universitetlərinin tibb fakültəsini bitirmiş alimləri  köməyə çağırdı. Onların sırasında – M. M. Mirqasımov, M. A. Topçubaşov, Ə. T. Qarayev, H. K.Əliyev, Ə. R. Talışinski, M. D. Kajlayev, M.M. Hacıqasımov, U. S. Musabəyova, C. Y. Hüseynov, M. Ə. Əfəndiyev, C. M. Cahangirov, J. M. Orucov, G. R. Qurbanov, M. M. Məlikov, B. M. Əliyev, A. V. Qeybullayev, B. M. Mahmudbəyov, F. Ə. Əfəndiyev, M. R. Nəzirov, Q. A. Ağabəyov, J. M. İsmayılzadə, Q. T. Ələkbərov, A. A. Atayev… vardı.

Fakültəyə yeni nəfəs gəldi. Onlar assistent, ordinatlor, laborant, elmi işçi və s. vəzifələrə işə götürüldülər. O minlərin kiçik vəzifə sahibləri illər keçdikdən sonra vüsətli inkişaf axarında elmlər namizədi, elmlər doktoru, professorluq və akademiklik vəzifələrinə qədər yüksəldilər, Aralarında respublikamızı ixtisasları üzrə beynəlxalq şiəmdə təmsil edənləri də oldu.

Tağı Şahbazi universitetə beş il rəhbərlik etdi. Bu illər iiər ərzində yeganə elm ocağımız dirçəlişdən sürətli inkişafa start götürdü. Tağı Şahbazinin rektorluq fəaliyyəti   universitetin tarixi salnaməsində parlaq bir səhifə olmuşdur. Bu, gəlişi gözəl söz deyil, əməli işin Özüdür. Əgər beş il əvvəl dərslərin əksəriyyəti rus dilində aparılırdısa, beş il sonra, əksinə, əksəriyyəti Azərbaycan dilinə yönəldildi. Bunun üçün kadr hazırlığından başqa. Azərbaycan dilində dərsliklər, dərs vəsaiti və proqrarr hazırlandı. Bu beş il müddətini tarixçilər universitetir həyatında «vahid dövr» adlandırırdılar. Və onu görkəmi: dövlət xadimi, həkim-yazıçı Tağı Şahbazinin adı ile bağladılar.

Son on il (1920-30) böyük tarixi kəsik olmasa da, eln və inkişaf tariximizdə Azərbaycan Dövlət Universitet əvəzsiz rol oynadı. Əlamətdarlığı bir də ondadır ki, bu eln ocağında müxtəlif istiqamətlərdə tədrisə və tədqiqatı bünövrə qoyuldu. Yəni yaxın gələcəkdə «Ana Universitetdən» yeni tədqiqat və tədris ocaqlarımı törəyəcəyi ehtimalı yarandı.

Elədir ki, var. Azərbaycan Dövlət Universitet dövlətin müvafiq qərarı ilə bağlandı. Onun bazası əsasındı dörd müstəqil institut açıldı. Ticarət Kooperativ İnstitutu Pedaqoji İnstitut, Sovet İnşaatı və Hüquqi İnstitutu və Tibl İnstitutu. Elmimiz, təhsilimiz itirmədi. Maraqlı burasıdır ki Universitetin qəflətən, heç bir səbəb göstərilmədə bağlanılması «əmmasız» deyildi.

… Azərbaycan Dövlət Universitetinin müvəqqəti süqutundan sonra Tağı Şahbazinin siyasi-ictimai fəaliyyətinin alovu söndürüldü. Doğrudur, o, institutlarda pedaqoji işini davam etdirir, mətbuatda çıxış edirdi. Onu bir qədər də neytrallaşdırmaq, siyasi səhnədən tamamilə çıxarmaq üçün Xalq Səhiyyə komissarının müavini təyin etdilər. Bu ara onu Moskvada təkmilləşdirmə kursuna (1931-1933) göndərməklə tamamilə «sakitləşdirdilər».

Səhiyyə komissarlığında da ona məxsus görüləcək işlər çox idi. Ancaq ən uğurlusu və ürəyəyatanı qəlb dostları, tale müştərəkləri ilə birgə çalışması idi. Əvvəl Mövsüm Qədirli (1930-1935), sonrasa Müseyib Hüseynovla (1935-1937) işləməkdən başqa məmnunluq duyurdu. Aralarında nazir-müavinlik fərqi duyulmurdu. Səhiyyənin probleminə aid təklif kimdən gəlsə, icrası da o deyən idi. Çünki onların üçü də eyni əqidəli , eyni taleli, eyni qəlbli, hətta eyni faciəli insanlar idi. Üçü də «troyka»nın qəzəbinə tuş gəlmiş, üçü də qırmızı terrorun qurbanı olmuşdu.

Tağı Şahbazi görkəmli dövlət xadimi və səhiyyə qurucusu – tarixçisi olmaqla barəbər, həm də istedadlı qələm sahibi idi. O qələm sahibi ki, tənqidi məqalə və satirik hekayə, həkim məsləhəti və sağlam həyat tərzi, dram əsərləri və felyeton, siyasi baxışların toqquşması və ıırixi faciə… mövzularını əhatə etmişdi. Tağı Şahbazi hələ tələbəlik illərindən özünü ictimaiyyətə kütləvi mətbuatda çıxışları ilə jurnalist kimi tanıtdırmışdı. Bir sıra qəzet və jurnallarda məsul vəzifə daşımaq məhz bu tanışlığın hesabına olmuşdu.

Bədii yaradıcılığa «şirin və incə hekayələridə başlayan Tağı Şahbazi həyatın acısı ilə, haqsızlıqlarla, məişətdəki eybəcərliklərlə üzləşdikcə təkcə özünün yox, qələminin də həyata baxışı dəyişmişdi.

Tağı Şahbazi vətənpərvər ziyalı idi. Bu yazdığı tənqidi məqalələrdə, publisistik yazılarında da özünü göstərirdi. Lakin cəmiyyətdəki kələm-kəsiri, məişət pozğunluğunu tənqidə, yaxud islah etməyə çox da cürət etmirdi. Müəllif zorakılığa, təhqirə məruz qala bilərdi.

Tağı Şahbazinin yaradıcılığı şərti olaraq iki dövrə bölünür: Sovet dövrünə qədər və sonrakı dövr. Ancaq istər mövzu, istərsə forma baxımlarından biri-digərindən bir o qədər də fərqlənmirdi. Əgər birinci dövrdə insanın azadlıq arzularından və əzilən, əzənlərdən («Quşlar kimi azadə», «İki aləm»); sadə əmək adamlarının həyat tərzindən («Südçü qız», «Şəkərli çoban»), insani münasibəti eybəcərləşdirən hallardan («Aleksandr Eyniç») bəhs edirsə, yaradıcılığının sonrakı dövründə də əqidəsini dəyişmədi.

Tağı Şahbazi yaradıcı insan kimi hərtərəfli fəaliyyət göstərmişdi. Tərcüməçiliklə, nəşriyyat və mətbəələrin təşkili ilə, gənc yazıçılara məsləhət və istiqamət verməklə yadda qalmışdı. Bu baxımdan onun yazıçılar birliyində, «Azəməşr»də, redaktoru olduğu qəzet və jurnallarda fəaliyyət dövrləri daha səciyyəvidir. O, natamam ömrü ilə tamlıq qazanan tarixi şəxsiyyətdir.

Tağı Şahbazi 11 iyul 1937-ci ildə həbs edilmiş, istintaqı 174 gün davam etdirilmişdi. Bəzən bir gündə 2-3 dəfə «dindirilmə» aparılmışdı. Hər dəfə də qaldırılar iddialara «rədd edirəm»lə cavab vermişdi. Sorğu-sualır sonuna yaxın «üç nömrəli» istintaq üsulundan istifadə et­mişlər. Hər dəfə istintaqdan sonra «həkim müayinəsi»ndər keçirilmişdi. Daha «rədd edirəm» sözünü dili ilə yox baxışları ilə demişdi.

Artıq hər şey üçün «hazırdı». Böhtanları, iftiralar özün de, özün eşit, özün də «təsdiq et». Bu da tariximiziı qanlı bir günü: 2 yanvar 1938-ci il, Tağı Şahbazinin Bakıdı güllələndiyi gün.  

ƏLAQƏ

Ünvan:

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon:

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatları:

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şənbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir