III ZAL

Növbəti zal Bakı Soveti neft sənayesi işçiləri qurultayının qərarına əsasən müasir tibbi avadanlıqlarla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr olunmuş eksponatlarla başlayır. Ekspozisiya bizi burada işləyən müxtəlif millətlərə mənsub həkimlərin fəaliyyəti ilə də tanış edir. Burada, həmçinin, Ramanı feldşer məntəqəsinin təsvir olunduğu fotoşəkil də nümayiş etdirilir. XX əsrin əvvəllərində Rusiyanın müxtəlif şəhərlərində  təhsil almış azərbaycanlı həkimlərin fotoşəkilləri də maraq doğurur.

Görkəmli cərrah, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova, Azərbaycanda pediatriyanın əsasını qoyan tibb elmləri doktoru Yevsey Gindesə, Azərbaycanın ilk Səhiyyə Naziri olmuş Xudadatbəy Rəfibəyova də ayrıca bölmə həsr olunmuşdur.

1914-cü ildə vəba xəstəliyi dövründə tikilmiş 19-cu  barakın lazareti, yoluxucu  xəstəliyə tutulmuş xəstənin yerləşdirilməsinə həsr olunmuş  diarama nümayiş etdirilir. Stendlərdə XX yüzilliyin əvvəllərində Azərbaycan həkimlərinin işlətdikləri tibbi alətləri görürük.

ƏLAQƏ

Ünvan

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatlari

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

Bazar və şəmbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir