V ZAL

Keçmiş ittifaqın xalq Səhiyyə Komissarı N. A. Semaşko ilə Azərbaycan Səhiyyə  Komissarı M. Qədirlinin (İsrafilbəyov) birlikdə portreti ilə başlyır.

1934-1936-cı illərdə kənd əhalisinə sanitariya xidmətini yaxşılaşdırmaq məqsədilə təşkil olunmuş “Göyçay hərəkatı”na ayrıca bölmə həsr olunmuşdur. Burada Azərbaycan Dövlət Tibb Universitetinin ayrı-ayrı kafedraları, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu təşkili və fəaliyyətindən söhbət açılır. Daha sonra bu zalda Qırmızı Aypara cəmiyyətinin təşkilinə həsr olunmuş materiallar təqdim olunur.

Muzeyin bəzi eksponatları bizi görkəmli alim, həkim Sonaxanım Vəlixanın elmi yaradıcılıq yolu ilə tanış edir. Burada, həmçinin, oftalmoloq,professor Umnisə Musabəyovanın 30-cu illərdə Berlində nəşr olunan  elmi əsərləri nümayiş etdirilir.

Təbii sərvətlərlə zəngin olan respublikamızda çıxan Naftalan nefti dünya şöhrəti qazanmışdır. Naftalan sanatoriyasının açılışı da bu dövrə təsadüf edir. Naftalan nefti haqqında ilk məlumata Heradotun və Plutarxın əsərlərində rast gəlmək mümkündür. Onun müalicəvi əhəmiyyətindən Nizami Gəncəvi poemalarında da danışılır. Naftalan neftinə bu zalda xüsusi stend və vitrin həsr edilmişdir.

ƏLAQƏ

Ünvan

Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025

Telefon

(012) 490-13-73

Email: tm@esehhiye.az

İş saatlari

Muzey:  09:00 – 18:00

Ekskursiya: 10:00 – 16:00

BİZİ İZLƏYİN

Bazar və şəmbə günü  istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir