VII ZAL
Böyük Vətən Müharibəsindən sonrakı dövrdə respublikada müalicə-profiklaktika müəssisələrinin tikilməsinə və bərpasına başlanılır Azərbaycanda tibb elminin inkişafında Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, İvan İlyin, Cahangir Abdullayev, Hüseyn Əliyev, Rüstəm Əliyev, Fuad Əfəndiyev, Umnisə Musabəyova, Əbülfəz Qarayev, Kamil Balakişiyev, Vəli Axundov, Bahadur Sultanov, Adilə Namazova böyük rol oynamışlar. Bütün bu şəxslər haqqında muzeydə müharibədən sonrakı dövrə həsr olunmuş zaldakı materiallar məlumat verir. 1935-ci ildən 1938-ci ilədək Azərbaycan Tibb İnstitutuna rəhbərlik etmiş, Azərbaycan Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Xalq Səhiyyə Komissarı olmuş Əziz Əliyevə xüsusi stend və vitrin həsr olunmuşdur.
Zaldakı stendlərdən biri isə Azərbaycanın Şuşa, Kəlbəcər və digər rayonları, Abşeronda yerləşən sanatoriyaların fəaliyyətini əks etdirir. Eyni zamanda burada Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti M. Mirqasımovun və görkəmli dövlət xadimi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Ə. M. Əliyevin büstləri qoyulmuşdur.
ƏLAQƏ
Nəcəfqulu Rəfiyev küçəsi, 56 АZ1025
(012) 490-13-73
Email: tm@esehhiye.az
Muzey: 09:00 – 18:00
Ekskursiya: 10:00 – 16:00
Bazar və şəmbə günü istisna olmaqla Muzey hər gün fəaliyyət göstərir